Sevənin sevdiyinə itaətkar olduğu xüsusunda iki kişi arasında belə görüş ayrılığı yoxdur. Sevən sevdiyinin sevdiklərini etməyə, onun sevmədiklərindən uzaq durmağa səy göstərər. Bunu da edərkən başasalınmaz dərəcədə bir ləzzət və zövq duyar. Eyni şəkildə Allah Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – i sevən bir kimsə də bütün səyi ilə ona uymağa, əmirlərini həmən yerinə yetirməyə, qadağalarından uzaqlaşmaq üçün çalışar.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimi bir şəkildə sevən o, xeyirli səhabələrin bu mövzu ilə bağlı bir çox əməlləri vardır. Uca Allahın iznilə aşağıda bunlardan bəzilərini qeyd edəcəyik.
1) Ənsardan bir qrupunun ruku halında ikən Kəbəyə tərəf dönməkdə tələsmələri:
İmam Buxari, rəvayət edir ki, Bəra b. Azim – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdə 16 və ya 17 ay Beytul Məqdisə doğru namaz qılırdı. Bununla bərabər Kəbəyə yonəlməyi arzu edirdi. Uca Allah: “(Ya Məhəmməd!) biz sənin gözünün göyə tərəf çevrildiyini görürük, ona görə də sənin razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü MəscidulHərama tərəf çevir. (Ey müsəlmanlar!) Harda olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir”. (əl-Bəqərə 144). ayəsini nazil etdi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – beləcə Kəbəyə tərəf yönəldi. Bir nəfər də onunla birlikdə əsr namazını qıldı. Yolu Ənsardan bir cəmaatın yanından keçdi və dedi: Mən şahidlik edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz qıldım və onlar Kəbəyə döndülər. Onlar da əsr namazında rukuda ikən Qibləyə yönəldilər (Başqa rəvayətdə: İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, insanlar Quba məscidində sübh namazını qıldıqları vaxt biri gələrək: “Bu gecə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Quran ayəsi nazil olmuş və Kəbəyə tərəh dönməyimiz əmr edimişdir. Siz də Kəbəyə tərəf dönün. Quba məscidinin cəmaatı da Şama tərəf olduqları halda Kəbəyə yönəldilər”
(Muslim 525, 526,Buxari 13/232, H. 7252)
Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in əmrinə uymaq üçün nə qədər də hərisdilər. Ondan gələn bir xəbəri eşidər eşitməz sımsıxı sarılmaqda heç bir tərəddüd etmədilər. Hətta başlarını rukudan belə qaldırmadılar. Onlar rukuda ikən Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in döndüyü yerə döndülər.
2) Səhabələrin səfərdə dincəlmək üçün dayandıqları vaxt bir-birilərinin yanında dincəlmək əmrini yerinə yetirmək üçün tələsmələri:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrinə uymaq sadəcə namazda deyildir. Əksinə onu səmimiyyətlə sevənlər ona tabe olmaqda digər bütün əmrlərdə də belə davranırdılar. İmam Əbu Davud, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səfər ədəbi ilə bağlı verdiyi əmri yerinə yetirməkdə səhabələrin həris olmaqlarını bizə Əbu Sələmə əl-Huşani – radıyallahu anhu – belə rəvayət edir: “İnsanlar səfərdə ikən bir yerdə dincəlmək istədikləri zaman vadilərə və yollara yayılardılar. Peyğəmbər: “Sizin bu şəkildə yollara və vadilərə dağılmağınız yalnız şeytandandır” deyə buyurdu. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – harada dincəlmək üçün dayanardısa səhabələr bir-birilərinə o, qədər sıx olardılar ki, hətta üzərlərinə bir döşəmə sərilsəydi hamısını örtərdi”(Səhih Sunən Əbu Davud” 2/498, H. 2288)
Səhabələr ev eşşəklərinin ətlərinin haram edilməsini bildirən xəbəri eşidən kimi qazanlarından belə qaynayan ətləri tökmələri:
Səhabələrin sevdikləri və bəyəndikləri bəzi şeylər onlara qadağan edilincə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qadağasından sonra onlar bu qadağan şeylərdən həmən uzaqlaşmaqdan başqa heç bir müqavimət göstərmədilər. Bunlardan birini İmam Buxari, Ənəs b. Məlik – radıyallahu anhu – dan rəvayət etməkdədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına birisi gələrək: “Eşşəklər yeyilərək bitir” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səsini çıxarmadı. Daha sonra ikinci dəfə gələrək: “Eşşəklər yeyildi” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Üçüncü dəfə onun yanına gələrək: “Eşşəklər sərf edildi” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir carçıya əmr verərək belə deməsini əmr etdi: “Şübhəsiz Allah və Rəsulu sizlərə ev eşşəklərinin ətlərini yeməyi qadağan edir”. Bundan sonra qazanlar içərisində ətlər qaynadığı halda boşaldıldı” (.Buxari 7/467, H. 4199.)
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən bu xeyirli insanlar (bu işə) bir çarə axtarmağı, istisna etməyi düşünmədilər. Onlar sevgidə sevənin arzusunun sevdiyinin əmrinə uymaq olduğunu tam mənası ilə başa düşürkən belə bir şeyi düşünmələri necə mümkün ola bilər?
Şərabın haramlığı elan edildikdə Mədinə küçələrindən şərabın axması:
Buxari, Ənəs – radıyallahu anhu – dan rəvayət edir ki, Əbu Təlhə – radıyallahu anhu – nun evində olanlarla birlikdə (şərab) süzürdük. O, gün içdikləri şərab təzə xurma şərabı idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir carçıya: “Xəbəriniz olsun, şərab haram edildi” deyə səsləməsini əmr etdi. (Ənəs) dedi ki: “Əbu Təlhə – radıyallahu anhu – mənə: “Çıx və şərabı boşalt” dedi. Mən də çıxdım və şərabı boşaltdım. O, şərab Mədinə yollarında axıdıldı”(Buxari 6/112, H. 2464. )
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən bu kimsələrin tək işləri Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrini yerinə yetirmək üçün şərabı boşaltmalarıdır. Buna görə də Müdinə küçələrindən şərab (çay) kimi axırdı. Bu haqda İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Hədisdə buna işarə vardır. Yanlarında şərab olan hər bir müsəlman şərabı küçələrə boşaltdılar. Mədinə küçələrindən şərab (çay) kimi axırdı”(Fəthul Bəri 10/39. )
Onlar bu əmri yerinə yetirərkən heç bir tərəddüd, inadkarlıq və sual vermədən yerinə yetirdilər. Yenə İmam Buxari, Ənəs b. Məlik – radıyallahu anhu – nun belə dediyini rəvayət edir: “Bizdə sizin adlandırdığınız Fadix (yetişməmiş xurma və ya üzümdən) başqa heç bir şərabımız yox idi. Bir gün mən Əbu Təlhə – radıyallahu anhu – yə, həmçinin filankəsə və filankəsə içki verdiyim an bir nəfər gəlib: “Sizə xəbər yetişmədimi?” deyə soruşdu. Biz: “Nə xəbər” dedik. O: “Şərab haram edildi” dedi. Hamı: “Ey Ənəs! Səhəngləri boşalt” dedilər. (Ənəs): “O, kimsənin gətirdiyi xəbərdən sonra şərabla bağlı nə bir sual verdilər, nə də bir daha o, işə qayıtdılar” dedi(Buxari 8/277, H. 4617)
Ya Rəbbim! Necə də tam bir təslimiyyət və nə qədər mükəmməl bir itaətdir! “Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır!”. (ən-Nur 51). buyrduğu bu səmimi sevənlərə uymaqdadır.
Səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrini yerinə yetirmək üçün düşmən ilə əhdlərini yerinə yetirmələri:
Səhabələr – Allah onlardan razı olsun - Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə tabe olmaqları tək normal hallarda deyildi. Eyni şəkildə darlıqda, bolluqda, döyüşdə və hər zamanda, həyatın hər bir anında belə idilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrini yerinə yetirmək məqsədilə düşmənlərə verdikləri sözlərini yerinə yetirmələrinə dair İmam Əbu Davud ilə İmam Tirmizi – Allah onlara rəhmət etsin - bizlərə Suleym b. Amr – radıyallahu anhu – nun sözlərini nəql etməkdədilər: “Muaviyə ilə Bizanslılar arasında bir əhd vardı. O, onların torpaqlarına doğru irəliləyir və nəhayət müqavilə (əhd) müddəti bitdikdə onlara hücum edirdi. Miniyin üzərində bir nəfər: “Allahu Əkbər! Allahu Əkbər! Biz əhdə vəfalıyıq, biz əhdi pozmadıq” deyərək gəldi. Dönüb baxdıqda onun Amr b. Abəsə olduğunu gördük. Muaviyə – radıyallahu anhu – ona xəbər göndərərk soruşdu: O da: “Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Kimin başqa bir qövm ilə müqaviləsi (əhdi) olarsa və bu əhd müddəti bitincə və ya onlara ədalətli bir şəkildə müqaviləni pozduğunu bildirincəyə qədər hər hansı bir əhd bağlanmasın və çözməsin”. Bundan sonra Muaviyə geri döndü.
(Səhih Sünən Əbu Davud” 2/523, H. 2397, “Səhih Sünən Tirmizi” 2/113, H. 1285. )
Səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmrinə uyaraq ipəkdən çəkinmələri:
Təbəri – rahmətullahi aleyhi – rəvayət edir ki, müsəlmanlar Yərmukda gecələdikdə düşmənlərinə: “Biz sizin ordu komandanı ilə danışmaq və görüşmək istəyirik. Bizə icazə verin gedək onunla görüşək. Müsəlmanların bu istəklərini ordu komandirlərinə bildirdikdə onlarla görüşməyə izn verdi. Əbu Ubeydə və Yezid elçi olaraq onun yanına getdilər. Yanlarında Həris b. Hişam, Dirar b. Əzvər və Əbu Cəndəl b. Suheyl da var idi. O, gün Kralın(Kralın qardaşı Bizans ordusunun komandiri Tozariq idi. Bidayə vən Nihayə 7/9. ) qardaşı qərargahında ipəkdən 30 çadır və yuxarıdan aşağıya qədər örtən 30 qədər örtük var idi. Müsəlmanlar çadırlara yaxınlaşdıqda içəri girməkdən vaz keçdilər və: Biz ipəyi halal görmürük. Buna görə də sən bizim yanımıza çıx dedilər. O, da (onun) üçün hazırlanmış döşəkcəsindən qalxaraq onların yanına çıxdı. Bu xəbər Herakliusa çatdıqda dedi: “Mən sizə demədimmi? Bu zəlilliyimizin başlanğıcıdır. Artıq bizim üçün şan-şöhrət yoxdur. Doğulan bədbəxt bir övladdan dolayı vay Rumluların halına!”(Təbəri 3/403. )
Başqa bir rəvayətdə Səhabələr: “Bizim belə bir yerə girməyimiz halal deyildir. Buna görə onlar üçün yerə ipəkdən döşəkçələr salınmasını əmr etdi”. Səhabələr: “Biz bunlarında üzərinə oturmarıq” dedilər. İstədikləri yerdə onların yanında oturdu(İbn Kəsir “Bidayə vən Nihayə” 7/9,10. )
Düşmənlərlə qarşılaşmaq bu xeyirli insanları Peyğəmbər – sallallahu aleyhi və səlləm – uymaqdan yayındırmadı. Onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – tabe olmaqdan necə üz çevirə bilərdilər? Çünki onlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğunu dinləmişdilər: “Mənim əmrimə müxalif olanların üzərinə zəlillik və acizlik yazıldı”(İmam Əhməd “Musnəd” 7/122, H. 5115. )
” . Səhabələr yalnız bunu dinləməklə kifayətlənmədilər. Bunu yaxşıca əzbərlədilər, başa düşdülər və haqqı ilə riayət etdilər, həyatlarında tətbiq etdilər. Kaş ki, günümüzdə olan müsəlmanlar bu həqiqəti dərk edə bilərdilər. Uca Allah müsəlmanların zəfərlərini və ya məğlubiy-yətlərini bir çox səbəblərə bağlamışdır. Bunun ən mühüm olanı Peyğəmbər – sallallahu aleyhi və səlləm – tabe olmaq və asi olmamaqdır. Ona itaət edən kimsə əziz olar və yer üzündə ixtiyar sahibi olar. Ona üsyan edən bir kimsə isə zəlil və kiçik olar. Bəlkə də müsəlmanların bu həqiqəti dərk etmələri və həyatlarında bunu haqqı ilə həyata keçirmələri onların (bu gün) düşdükləri zəlillikdən qurtara bilir.
Səhabələrin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in namazda ayaqqabılarını çıxardığını gördükləri zaman namazda olduqları zaman ayaqqabılarını çıxartmağa çalışmları:
Heç bir sevən sevdiyinin əmirlərini yerinə yetirməkdə geri qalmaz. Əksinə böyük bir şövqlə onun hərəkətlərini edib etdiklərini gözaltı edər. Diqqətlə (sevdiyinin) üzündəki dəyişiklikləri, gözlərinin işarələrini təqib edər. Bəlkə belə bir yolla sevdiyinin sevdiyi bir işi təsdiq edər və o işi edər. Və ya sevdiyinin nifrət etdiyi bir işi öyrənib ondan uzaq olar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – səmimiyyətlə sevən o, xeyirli insanlar da belədilər. Onlar əmirləri yerinə yetirib qadağalardan çəkinməklə kifayət-lənmədilər. Əksin onun fellərini və hərəkətlərini təqib edib izləyirdilər. Bunu da böyük bir sevgi və həvəslə edirdilər. Çünki ona uymağı istəyirdilər. Onun hər hansı bir işi etdiklərini gördükdə dərhal onu etməyə çalışardılar. Hər hansı bir şeydən uzaqlaşdığını, tərk etdiyini görsəydilər onlar da o, işdən uzaqlaşardılar. Buna misal olaraq İmam Əbu Davud, Əbu Səid əl-Xudri – radıyallahu anhu – dan rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə namaz qıldırarkən bir an ayaqqabılarını (namazda) çıxardı və onları sol tərəfinə qoydu. Səhabələr bu işi gördükləri zaman onlar da ayaqqabılarını çıxardılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı bitirdikdən sonra: “Ayaqqabılarınızı çıxarmaya sizi sövq edən nə idi?” deyə buyurdu. Onlar: “Biz sənin ayaqqabılarını çıxardığını gördük. Buna görə biz də ayaqqabılarımızı çıxardıq” dedilər. Peyğəmbər: “Heç şübhə yox ki, Cəbrail - əleyhissəlam - mənim yanıma gələrək ayaqqabılarımda bir pislik (nəcis) olduğunu söylədi. Sizdən hər hansı bir kimsə məscidə girdikdə ayaqqabılarına baxsın. Əgər ayaqqabılarında bir pislik olarsa onları (yerə, torpağa) sürtməklə silsin və onlarla namaz qılsın” deyə buyurdu
(Səhih Sunən Əbu Davud 1/128, H. 605. )
Allahu Əkbər! Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə itaət etməkdə necə də həris və diqqətli idilər. Allah onlardan razı olsun! Mükafatı ilə onları sevindirsin, bizi də onların getdikləri yolla aparsın.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in təhdidini hiss edincə bir qadının bilərziklərini sədəqə verməsi:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə uymaq sadəcə kişilərin etdiyi bir iş deyildir. Əksinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən mömin qadılar da belə idilər. Buna dəlil İmam Əbu Davud, Abdullah b. Amr – radıyallahu anhu – dan rəvayət edir ki, bir xanım Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Yanında bir qız uşağı da var idi. Bu qız uşağının əlində qalın iki qızıl bilərzik var idi. Peyğəmbər: “Bunların zəkatını verirsinizmi?” deyə buyurdu. Qadın: “Xeyr” dedi. Peyğəmbər: “Qiyamət günü bunların yerinə Allahın sənə atəşdən iki bilərzik taxması xoşuna gələrmi?” deyə buyurdu. (Abdullh b. Amr) deyir ki: “Qadın bilərziklərini çıxardı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısına qoydu. Bunlar Allah və Rəsulu üçündür” dedi(Səhih Sünən Əbu Davud 1/691, H. 1382. )
Allahu Əkbər! Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən o, mömin qadın onun əmrinə uyaraq bilərziklərin zəkatını verməklə kifayətlənmədi. Əksinə onları Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə Uca Allah üçün bir sədəqə olaraq təqdim etdi. Allah ondan razı olsun və onu mükafatlandırsın.
Tarix: 13.04.2013 / 16:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Maraqlı melumatlar