Möminlərin əmiri Ömər İbnul Xattab (Allah ondan razı olsun!) xəlifəliyi zamanı nə gecələri, nə də gündüzləri yatardı.Bütün yuxusu oturduğu yerdə bir az mürgüləməkdən ibarət idi.Bir gün Ömərdən (ra) bunun səbəbini soruşduqda, o belə cavab vermişdir:
-“Mən gecələri yatmış olsam, özümü itirmiş olaram. Gündüzləri yatmış olsam millətimi itirmiş olaram.Mən isə onlar üzərində məsuliyyət daşıyıram.”
Az yemək kimi az yatmaq da saleh insanları digərlərindən fərqləndirən əsas xüsuslardan biridir.Çünki çox yatmaq ürəyi qəlbi qəflətdə saxlayar, hafizəni zəiflədər, bir sıra xəstəliklərə səbəb olar.Çox yatmaq insanı gecənin nə qədər bərəkətindən, Rəbbin rəhmətindən məhrum edər.
Allahu təalə Qurani-Kərimdə buyurmuşdur:
-“Həqiqətən, Rəbbin bilir ki, sən (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən) də üçdə birini (ibadət üçün) durursan.Səninlə olan kəslərdən bir zümrə də (belə edir.)” (Muzəmmil surəsi,20)
-“ Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)!Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur!Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır. Quranı da aramla oxu!” (Muzəmmil,1-4)
-“Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin.” (İsra,79)
Peyğəmbərimiz Muhəmməd (SallALlahu aleyhi və səlləm) buyurmuşdur:
-“Allahu təalə gecə yarısından sonra qullarına buyurar: “Mənə dua edən varmı duasını qəbul edim.Məndən istəyən varmı, istədiyini verim.Mənə tövbə edən varmı,tövbəsini qəbul edim.”
SübhənAllah. Bu hədisi eşidən mömin gecəni tam şəkildə qəflət içində yatarmı?
Gecə ikən peyğəmbərimizin (SallAllahu aleyhi və səlləm) nurlu qəlbinə, bütün qaranlıqları işıqlandıran vəhyin o möhtəşəm şimşəyi çaxmamışdırmı?
Gecə ikən Qüdsdən səmalara yüksəlib, ümmətinə müjdələr ilə dönməmişdimi?
Gecə ikən doğulduğu, böyüdüyü, peyğəmbərlik tacını geydiyi mübarək şəhər- Məkkədən nurlu şəhər-Mədinəyə hicrət etməmişdimi?
Allahu təaləni sevənin üç üstünlüyü vardır:
-Gecənin müəyyən vaxtı oyaq qalar.
-Gözəl söz danışar.
-Allahı çox zikr edər.
Peyğəmbərimiz (SallAllahu aleyhi və səlləm) gecədə oyaq qaldığı saatları zöhr namazından sonra bir-iki saat yatmaqla əvəz edərdi.
Peyğəmbərimiz (SallAllahu aleyhi və səlləm) buyurur:
-“Rəbbimiz gecənin axır üçdə birində dünya səmasına nüzul edir və deyir: “Mənə dua edənin duasını qəbul edərəm.Məndən istəyənin istəyini verərəm.Məndən bağışlanma diləyini bağışlayaram.” (Buxari)
Tarix: 11.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Maraqlı melumatlar