Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xətalarımızı necə düzəltməliyik?

Mənim müsəlman qardaşım, müsəlman bacım! Niyə kədərlisən? Qəlbin niyə hüznlüdür? Qəlbin sıxılır, səbələri çoxdur, məsələn əvvəl tanımadığın bu dünyaya görə problem çəkirsən. Təkcə bu deyil. Başqa problemlərin də var. İnsanlar səninlə görüşəndə xoş danışırlar eləmi? Ancaq arxanca sənə xəbər çatır ki, qulağın eşidir ki, sənin dalınca nələr danışırlar nələr, eləmi?

Qohum-əqrəbalarla ünsiyyət qurmaq istəyirsən, onlarla tez-tez ziyarətləşmək istəyirsən, qəlbən onları sevirsən, onların yaxşılığını istəyirsən, yeri gələndə onların işlərində kömək edirsən. Ancaq eşidirsən ki, sənin haqqında xoşagəlməz sözlər danışırlar eləmi? Elədir. Onsuzda bunları yaşadıqca təcrübədən keçiririk. Qəlbimiz qırılır. Bir dəqiqə dayanaq. Qəlbimiz niyə qırılır? Səbəbləri çoxdur. Məsələn biz bir müsəlman olaraq təmiz qəlbimizdə yaxşılıqların bitməsini istəyirik. Diqqət edək, yadda saxlayaq ki, bizim qəlbimiz tər təmiz bir ərazidir. O ərazidə müxtəlif və əlverişli şəraitlər var. Orada biz istədiyimiz hər bir yaxşı və hər bir pis məhsulu əkə bilərik. Bizim hal-hazırda qəlbimiz əgər pis məhsullarla doludursa ora nəsə yaxşı bir şey əksək pis məhsul onu sıradan çıxara bilər. Yaxşı nə edək? Gəlin birlikdə xatırlayaq. Qəlbimiz hansı fikirlərlə doludur. Sayı-hesabı yoxdur. İndi o qədər problemlərimiz var ki, hamısı yığılıb, inanın hətta gecələr qoymur hə bizi yatmağa? Niyə? Çünki məhsulu düzgün seçməmişik. Gəlin dəyişiklik edək. Yaxşı gəlin görək problemimiz nədir? Saymayın, hamısıyla tanışam. Biz problemləri gələcəkdə onsuzda sayacayıq. Gəlin indi ilkin olaraq yalnız bu qədər problemlər içərisində birini seçək. Sizdən söz almamış mən seçirəm. Bu da odur ki, nəyə görə bizimlə insanlar üzdə başqa cür davranır, arxamızca başqa cür? Niyə belədir? Səhvi özümüzdə axtaraqmı? Bəli. Yaxşı mən özümdə axtarmıram deyənlərə heç nə deyə bilmərəm. Axı məndə nə səhv var ki, mən yaxşıyam, amma o mənə qarşı yaxşı deyil. Üzdə başqa cürdür, arxamca başqa cürdür. Niyə belədir? Mən isə deyərdim ki, səhv mənim özümdədir. Bunun kökü haradan qaynaqlanır? Qəlbdən. Kimin qəlbindən? Onun? Sənin cavabın mənə maraqlı ola bilər, amma mənim cavabım bəlkə sənə maraqlı olmadı. Çünki mən belə düşünürəm ki, onun mənim arxamca danışması mənim qəlbimdən qaynaqlanır. Niyə? Bəlkə çoxlarınız deyəcəksiniz ki, yox e, sən nə danışırsan. Mənim qəlbim təmizdir. Onu sənə kim dedi?Qəlbinin təmiz olmasına əmin olma. O qədər bu sözü işlətmisən ki, artıq adət halında səndə qalıb, elə iddia edirsən ki, qəlbin təmizdir. Bunu nə ilə sübut edəcəksən, ancaq sübut edib-etməyəcəyindən asılı olmayaraq əslində bu sözdə həqiqət var. Çünki qəlb doğrudan da təmiz olur. Sonra sən orada müxtəlif məhsullar əkməklə onu çirkləndirirsən. Bu məhsulların sayı-hesabı çoxdur. Məsələn biri budur ki, qəlbində həsəd var, məsələn paxıllıq var, məsələn dünya sevgisi var və s. İddia edə bilməzsən ki, bunlar səndə yoxdur. Çünki bütün bunlardan xilas olmaq üçün bütün peyğəmbərlər Allaha dua edib, Allaha sığınıb, Allahdan kömək istəyiblər və qəlblərinin təmiz məhsullarla dolmasına çalışıblar. Bu yolda əlbəttə çətinlik, əziyyət, dedi-qodu və s. kimi maneələr var. İnşallah biz çalışarıq ki, bu maneələri aşmağın yalnız bir yolunu tapaq. O da budur. Sizdə belə bir hal baş verməmiş olmaz. Məsələn biriylə görüşürsünüz, onunla ünsiyyət qurub ayrılanda nəsə qəlbinizdə onunla bağlı sizdə iki təəssüratdan biri yaranır. Birincisi, ya deyirisniz ki, bu çox gözəl insandır, ya da deyirisniz ki, bu çox xoşa gələn deyil. Bunu onun haqqında xasiyətinə görə, geyiminə görə, görünüşünə görə, danışığına görə, münasibətinə görə və s. yaddan çıxardığım bütün xüsusiyyətlərinə görə deyə bilərsiniz. Əgər siz görüşdüyünüz adamdan ayrılandan sonra belə düşünməyə və özlüyünüzdə belə danışmağa başlayırısnızsa daha problem elə sizin özünüzdədir. Çünki qarşınızda sizinlə görüşən adama onda xoşlamadığınız halları üzünə deyə bilərdiniz. Üzünə deyəcəyiniz təqdirdə sizdən incidiyini düşünürsünüzsə, onda ondan ayrıldıqdan sonra da fikirləşəcəyiniz və deyəcəyiniz sözə görə yenə də sizdən inciyəcək. Belə halda artız siz birbaşa qul haqqına girmiş olursunuz. Əlbəttə bütün bunlardan sonra həmin insan haqqında necə fikirləşdinizsə, sizdə necə təəssürat yarandısa eləcədə fikrinizdə qalacaq və rastlaşdığınız digər tanışlarınıza və yaxınlarınıza da onunla bağlı mənfi rəylərinizi deyəcəksiniz. Beləliklə, sizdə artıq belə bir xəstəlik, vərdiş yaranacaq və siz artıq bu adətədən əl çəkə bilməyəcəksiniz. Belə hal sonralar daha böyük fəsadlara gətirib çıxaracaq. Artıq tədricən özünüz də hiss etmədən özünüzdən başqa hamıdan zəhləniz gedəcək. Belə olduqda sizin bütün tanışlarınız sizi indi daha yaxşı tanıyacaqlar. Çünki siz elə bir adam olacaqsınız ki, artıq görüşdüyünüz və ünsiyyətdə olduğunuz hər bir adamla eyni vəziyyəti yaşayırısnız. Bunu sizə bir misalla izah edim. Bir otaqda kollektiv oturmusunuz və çalışırısnız. Bu vaxt aranızdan A adlı biri otaqdan çıxır. Digər B adlı biri başlayır otaqdan çıxan A adlı şəxs haqqında nəsə danışmağa. Onun səhvən etdiyi bir hərəkəti, yaxud da sözü deyir. Başqa oturanlar bu söhbətə müdaxilə etmirlər. Çünki otaqdan çıxan A adlı insan doğrudan da otaqda nəsə xırda və ya böyük bir söz və əməl xətası etmişdi. A adlı şəxsin çıxmağından istifadə edən onun haqqında danışan B adlı insana fikir gəlmişdi ki, başlasın otaqdan çıxanın xətalarını digər yoldaşlara bəyan etsin. Digər yoldaşlar da otaqdan çıxan haqqında başlayırlar danışmağa. Çünki otaqdan çıxan doğrudan da xəta etmişdi, yaxud da elə hesab edək ki, xəta etməmişdi. Belə vəziyyətdə artıq otaqdan çıxan haqqında mənfi rəy formalaşmağa başlayır. Otaqdan çıxan otağa qayıdır və nəsə soyuqluq hiss edir. Lakin nə olduğunu anlamır və onun səhvi haqqında isə heç kim ona heç nə demir. Halbuki otaqdan çıxan A adlı şəxs haqqında otaqda olmadan elə hey otaqdakılar qarasınca danışırdılar. Beləliklə, səhvi olan insana zülm olunmuş olur. Halbuki islamda belə davranış olmur. İslamda elə otaqda olan səhv edən insana səhvi özünə elə deyilir ki, o səhvini növbəti addımda düzəldir. Yəni artıq əmin olur ki, otaqdan çıxanda heç kim onun dalınca danışmayacaq. Səhvi olan insana səhvini düzəltmək üçün elə tərzdə söz deyilməlidir ki, bu hiss olunmasın. Bunu səhvi olan A adlı şəxs haqqında pis düşünən B adlı şəxs ona yaxınlaşaraq deməlidir. Çünki B adlı şəxs əgər doğrudan da bilirsə ki, A adlı şəxs xəta edib, bunu ona elə təklikdə deməlidir ki, başqa oturanlar bunu hiss etməsinlər. Çünki onda xəta edən A adlı şəxs nəsihəti qəbul edər və səhvini düzəldər, əks təqdirdə, yəni camaatın içində onun xətasını deməklə o bunu qəbul etməzdi.
Bu gün bizim cəmiyyət elə bir haldadır ki, səhv edən insanın səhvini özünə mülayimliklə nəsihət edərək düzəltmirlər. Hətta səhvi olsa belə camaatın içində kobud şəkildə təhqir edirlər. Səhvini üzünə hamının eşidəcəyi tərzdə və alçaltmaq üçün deyirlər. Bu da səhvi olanın səhvini düzəltmir, xəstəliyini sağaltmır, əksinə dalınca danışıldığını özü də hiss edir. Buna görə də intiharların sayı da çoxalır. Bəzi hallarda insan əsəb keçirir, stressə düşür və s. kimi özündə olmayan xəstəliklərə tutulur. İnsanlarda bir-birinə imansızlıq və etibarsızlıq baş qaldırır. İnsanlar arasında güvən, sevgi, rahatlıq, əminlik olmur. Bütün bu cür xəstəliklərin müalicəsi ancaq Allahı tanımaqla, Allaha aid elmləri bilməklə, Allahın göndərdiyi dinə, islama aid elmini artırmaqla nail olmaq olar. Allah təala bizim cəmiyyəti, xalqımızı bütün növ xəstəliklərdən xilas etsin. Amin!

Əkrəm Həsənov (ilahiyyatçı, elmi işçi)...


Tarix: 10.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 302 Bölmə: Maraqlı melumatlar
loading...