Sual: Cəzəkum Allahu əlfə xeyrin söyləməyin hökmü nədir? Bu cür söyləməyə icazə verilir?
Cavab: Həmd Allaha məxsusdur.
Peyğəmbər sallallahu aleyhi və səlləm bizlərə yaxşılıq edən bir kəsi necə mükafatlandırmağı bizə öyrətmişdir. Bunu bacarmasaq (yaxşılığın əvəzini ödəmək), o zaman onun üçün Allaha dua etməliyik və belə söyləməliyik: “Cəzəək Allahu xeyran” (Allah sizi xeyirlə mükafatlandırsın).
Əbu Davud (1672) rəvayət edir ki, Abdullah ibn Ömər radiyallahu anhu demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kim sizə bir yaxşılıq edərsə onun əvəzini verin və bunun əvəzini vermək üçün bir şey tapa bilməsəniz, onun etdiyi yaxşılığın əvəzini verdiyinizi düşünənə qədər onun üçün dua edin”.
Şeyx Albani İrva əl-Ğalil (1617) əsərində hədisi səhih olaraq təsnif etmişdir.
Əl-Tirmizi (2035) rəvayət edir ki, Üsamə ibn Zeyd radiyallahu anhu demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kimə bir yaxşılıq edilərsə və o da, o yaxşılığı edənə “Cəzək Allahu xeyran” söylərsə ona təşəkkür etmək üçün kifayət qədərini etmişdir”. Şeyx Albani Səhih əl-Tirmizi əsərində hədisi səhih olaraq təsnif etmişdir.
“Ona təşəkkür etmək üçün kifayət qədərini etmişdir” ibarəsinin mənası: ona kifayət qədər təşəkkür etmişdir, onu mükafatlandırmaq üçün öz naqisliyini və bunun əvəzin verməyə imkanı olmadığını təsdiq etmişdir. Ona görə də onun mükafatını Allaha buraxır ki, Allah təala onu bol-bol mükafatlandırsın.
Bu söz “Cəzək Allahu xeyran” peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunmuşdur. Şübhəsiz ki, bu cür söyləmək digərlərindən daha mükəmməldir. Yolların, hidayətin ən xeyirlisi, üstünü Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yoludur. Buna görə də, bu cür söyləməyi bir kənara qoyaraq bunun yerinə başqa bir kəliməni istifadə etməməliyik.
Təsadüfən müsəlman Cəzəkum Allahu əlfə xeyrin (Allah sizi min dəfə xeyirlə mükafatlandırsın) söyləsə, bunda bir xata yoxdur. Lakin o qəbul etməlidir ki, peyğəmbərimizin sallallahu aleyhi və səlləm sözləri daha mükəmməl və daha yaxşı, xeyirlidir.
Allah daha yaxşı bilir.
Tarix: 05.04.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar