Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələmut

Ələmut (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rüdbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir. Tərcümədə adı "Qartal yuvası" mənasını verir.[1]

1090-1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur.Mündəricat
1 Monqol işğalı
2 Sonrakı dövr
3 Müasir dövr
4 Həmçinin bax
5 İstinadlar
6 Xarici keçidlər


Monqol işğalı

Ələmutun monqollar tərəfindən mühasirəsi

1256-cı ildə Monqol dövlətinin böyük xanı Munkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur.

Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarixi cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır.

Sonrakı dövr

Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rüdbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı.

Müasir dövr

2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb.

Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rüdbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib.


Tarix: 26.02.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar
loading...