Sual-Ölümümdən sonra ailəmin təmin olunacağından əmin olmaq məqsədilə “həyat sığortası” edə bilərəm? Xahiş edirəm cavabınız üçün dəlil gətirin.
Cavab-Həmd Allaha məxsusdur.
Şeyx ibn Bəzzdən rahiməhullah “həyatını sığorta etmək” barəsində soruşduqda o aşağıdakı cavabı vermişdir:
Həyatını və əmlakı sığortalamaq haramdır və buna icazə verilmir. Çünki bu əməl özündə ĞARAR (alınıb satılan əşyanın əslində həyata keçiriləcəyi və yaxud yerinə çatdırılacağı məchul olan (məlum olmayan) bir şeyi alıb satmaq və yaxud miqdarının məlum olmaması, bununla da insanın öz pulunu lazımsız riskə qoyaraq zərərə düşməsi) RİBA (faiz, sələmçilik). Allah təala faizə əsaslanan bütün növ sövdələşmələri (müamilələr) və özündə yalan ehtiva edən bütün sövdələşmələri, bu ümmət bir mərhəmət olaraq və onların başına gələcək zərərdən onları qorumaq üçün qadağan etmişdir. Allah təala buyurur (mənaca tərcümə): “Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir”. (Əl-Bəqərə 2:275)
O cümlədən, səhih hədisdə rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm yalanı “aldatmağı” qadağan etmişdir. Müvəffəqiyyət Allahdandır.
Fətəvə İslamiyyə, 3/5
ƏbdulƏziz ibn Abdullah ibn Baz
Tarix: 06.04.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar