Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlilikdə yaşın da fərqi varmış

Yeni araşdırma işi göstərib ki, çox yaşamaq istəyən qadınlar öz yaşıdlarına ərə getməlidirlər.

Ərin yaşlı və ya cavan olması qadının həyatını qısaldır.
İlk öncə yaxşı xəbər haqqında. Gənc xanımları olan kişilər heç nədən narahat olmamalıdırlar.

Tədqiqat işi göstərir ki, onlar çox yaşayaraq, daha sağlam həyata malik ola bilərlər.
Belə məlum idi ki, özlərindən cavan ərləri olan xanımlar da bu nigahdan eyni cür faydalana bilərlər.
Amma almaniyalı alimlər bunun belə olmadığını aşkar ediblər. Onlar iki milyon danimarkalı cütün tibbi qeydlərini öyrənəndən sonra belə nəticəyə gəliblər.

Yaşlı ər qadının həyatının daha qısa olması deməkdir. Özündən cavanı ilə evlənmək isə daha pisdir.
Araşdırma işi göstərib ki, belə halda ölüm səviyyəsi 20%-dir. Alimlər bunun səbəbini izah edə bilmirlər.
Bir təklifə görə özlərindən cavan ərləri olan qadınlar sosial normaları pozmuş olurlar və bu, stresə səbəb ola bilər.


Tarix: 13.01.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Məlumatlar
loading...