Məlumata görə, ABŞ-da Missouri Universitetinin bir sıra elm adamları siçanlar üzərində etdiyi araşdırmada, bəzi genetik xüsusiyyətlərin hərəkət etmə motivasiyasına təsir edə biləcəyini ortaya çıxarıblar.
Michael Roberts və qrupunun, 6 gün boyunca, siçanların qəfəs içindəki təkəri çevirmə istəyini araşdıraraq, heyvanları motivasiya funksiyalarına görə ayırdıqları bildirilir. Ən yaxşı "qaçışçı" 26 siçan aralarında, ən tənbəl i isə 26 təmbəl arasında cütləşdirilib. Ən yaxşı "qaçışçılardan" doğulan siçanların tənbəl siçanlardan 10 qat çox qaçmağa həvəsli olduğu görülüb.
Daha sonra elm adamlarının, qaçmağı sevən və miskin siçanların əzələ hüceyrələri, bədən quruluşu və genlərini araşdırdığı deyilir. Bədən quruluşu və əzələ hüceyrələrində çox az fərq tapan elm adamları, ayırd edici xüsusiyyətin genlərdən qaynaqlandığını ifadə ediblər. Məlumatda həmçinin araşdırmaçıların, 36 genin fiziki motivasiyasının tənbəllikdə rol oynadığı təyin olunub.
"American Journal of Physiology" jurnalında nümayiş olunan araşdırmada elm adamları, nəticələrin insanlarda səbəblərini anlamağa işıq tutduğunu vurğulayıb. Kanadada 2011-ci ildə siçanlar üzərində edilən bir araşdırma da siçanların bəzilərinin əzələlərində, xüsusilə məşq edərkən hərəkətə keçən AmpK fermentini çıxarmağa yarayan iki genin əskik olduğu, bu səbəblə daha qısa məsafə qaçabildiyi göstərilmişdir.
Tarix: 09.01.2015 / 10:51 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar