Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret qadınların səsini qalınlaşdırır

Acıbadem klinikasının qulaq burun boğaz mütəxəssisi həkim prof. Ferhan Öz, həddindən artıq siqaretdən istifadəyə münasibət bildirib. Səsdəki qalınlaşmalar, titrəmələr, boğuq səs və digər bütün səs dəyişikliklərinin siqaretdən olduğunu qeyd edib. Səs batıqlığı hər kəsin ildə ən az 1 dəfə yaşadığı bir narahatlıq olduğunu ifadə edən həkim səsin azalmasının və ya heç çıxmamasının, fərqli səsin meydana gəlməsinin, səs batıqlığının olduğunu ifadə edib. Üst tənəffüs yolu infeksiyaları, allergiyalar futbolda azərkeşlik edərkən şiddətlə qışqırmaq və s. bu kimi bir çox faktor səs batıqlığına səbəbi ola bilər. Səs batıqlığına ən tez yol açan amillərdən biri də siqaretdən istifadədir.
Prof. Dr. Ferhan Öz, həddindən artıq siqaretdən istifadə səbəbi ilə səsləri qalınlaşan kişilərin daha xarizmatik olaraq göründükləri üçün həkimə müraciət etmədiklərini qeyd edib.
Gündə bir qutu siqaret səsdə şiş meydana gətirir. Kişilərdəki səs qalınlaşmasının ən əhəmiyyətli səbəbinin siqaret olduğunu ifadə edən həkim Öz gündə bir qutu siqaretin istifadəsinin səs tellərində şiş meydana gətirdiyini və səsin qalınlaşmasına səbəb olduğunu bildirib. Uzun müddət siqaret istifadəsi yalnız şiş səbəbi ilə səsdə qalınlaşma ilə qalmır, eyni zamanda səs tellərində xərçəngə çevrilə bilən çox qalıcı dəyişikliklərə yol aça bilir. Səsin hər cür dəyişikliyi səs problemləri hesab olunur. Müayinə aparılarkən, erkən qoyulan diaqnoz 100% -ə yaxın bir uğur gətirir. Gec müayinə aparıldıqda və diaqnoz qoyulduqda müalicə üsullarının müvəffəqiyyət şansı düşür. Siqaret eyni zamanda qadınların səsində qalınlaşmaya yol açır. Həkim Öz siqaretin qadın səsinə olan təsiri haqda danışarkən siqaretin etmiş olduğu toksik təsirin qadın səs tellərində olan incə səs tellərinin, kişi səs telindən daha qalın bir hala gətirdiyini və şiş yaratdığını ifadə edib. Çoxlu siqaret istifadəsinin təsirləri xüsusilə orta yaş qrupunda olan qadınlarda səhər qalxanda səslərinin kişi səsi kimi çıxmasına səbəb olur. Günün irəliləyən saatlarında isə səsin yavaş yavaş düzəlməsi müşahidə olunur. Bu səbəbdən siqaret çəkən qadınların səsləri kişi səsindən daha qalın çıxır. Səs batmasında dərman müalicəsi, səs müalicəsi və səs cərrahiyyəsi şəklində 3 müalicə üsulu tətbiq olunur.
Siqareti zibilə atın, bol su için deyə öz fikirlərini ifadə edən həkim, səs sağlamlığını qoruma mövzusunda 6 təklifi belə sıralamışdır: Səs sağlamlığımızın təməlini, bol su içmək və nəmli mühitlərdə olmaq təşkil edir. Bu səbəblə gündə 10 - 12 stəkan su içməyə əsla laqeyd yanaşmayın. Siqaret səs sağlamlığının ən böyük düşməni və səs teli xərçənginin ən sıx rast gəlinən səbəbidir. Siqareti dərhal buraxın, lazım olsa bir mütəxəssis köməyi alın. Xüsusilə də səsli mühitlərdə səsimizi hər zamankindən yüksək tonlarda istifadə etmək tez-tez etdiyimiz səhvlərdən biridir. Bu tip vəziyyətlərdə səsinizi daha diqqətli istifadə edin. Quru və soyuq mühitlərdə və kondisionerlərin sıx istifadə edildiyi yerlərdə səs tellərində quruluq meydana gələcəyi üçün səsin keyfiyyəti asanlıqla korlanır. Mədə sağlamlığınıza diqqət edib, reflüks xəstəliyinin meydana gəlməsinin qarşısını alın.


Tarix: 09.01.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı Məlumatlar
loading...