Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rənglər insanların fikirlərinə təsir göstərir

Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir və psixologiyaya müsbət təsir etdiyi kimi mənfi təsir də edə bilmək xüsusiyyətinə malikdir.
Rənglərin insan psixologiyasına müsbət təsiri insanı dincəldir və rahatlandırır amma mənfi təsir nəticəsində ətrafdakı mənfi enerjini özünə cəlb edib psixologiyaya çox pis təsir edir və hətta orqanizmi xəstələndirir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini aydınlaşdırıb sizə təqdim etmək qərarına gəldik.
İnsanın ətraf mühitdə özünə müsbət aura yarada bilməsi məhz öz əlindədir. Çünki ətrafda olan rənglər insanlara gözlə görə bilmədikləri müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyinilən geyimlər vasitəsilə orqanizmi rənglərin yaratdığı enerji toru bürüyür. Bu səbəbdən də hər bir insan geyinəcəyi geyimin rəngini seçən zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. Çünki, geyinilən geyimlərin rəngləri həm fiziki həm də psixoloji olaraq orqanizmi tarazlaşdırır və müsbət enerji ilə təmin edir. İnsanların geyindikləri geyimlərdə istifadə etdiyi rənglər onların psixologiyası və şəxsiyyəti haqqında məlumat verir. İnsanların ətraf mühitində olan rənglər onların düşüncə və fikirlərinə təsir göstərir. Belə bir qənaətə Britaniya elm adamları gəliblər. İngiltərə və Kembric Universitetinin alimləri təcrübə və tədqiqatlarında könüllü olaraq iştirak edənlərdən müxtəlif mənəvi problemlərə qiymət vermələrini istəyiblər. Sonra isə təcrübə sualları müxtlif rəngli fonlarda ekranda görünüb. Məlum olub ki, insan olmuş hadisələrə radikal münasibət bildirib.
Bu qara və ağ fonla daha qabarıq üzə çıxıb. (monoxrom fon.) Beləliklə, hətta interyer dizaynında olan rəng predmetləri də insanın başında olan fikirlərə təsir göstərir, dəqiq düşünmsəinə səbəb olur. Məsələn, divar üzərində bir qara xalça da insanda mənfi təəsürat yarada bilər.


Tarix: 09.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Məlumatlar
loading...