Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

E vitamini siqareti atanların damarlarını bərpa edir

E vitamini zərərli vərdişlərdən hesab olunan siqareti buraxanlar üçün olduqca faydalıdır.
Məlumata görə Ohayo ştatında fəaliyyət göstərən universitetlərdən birində siqareti buraxmış insanlar üzərində təcrübə keçiriblər. Bu təcrübənin siqareti buraxmış, E vitamini qəbul edən insanların damarlarının bərpasına həsr olunduğu bildirilir. Aparılan təcrübənin nəticəsində E vitamininin siqaretdən əl çəkənlərin qan damarlarında olan problemlərin həllinə köməklik göstərərək onları bərpa etdiyi deyilir. Məlumatda həmçinin təcrübədə siqareti buraxan 16 şəxsin iştirak etdiyi bildirilir.
Həmin eksperiment iştirakçıları həftə boyunca hər gün pəhriz saxlayaraq 500 mg qamma-tokoferol (qida qəbul etdikdən əlavə olaraq E vitamini) qəbul ediblər. Təcrübədən əvvəl və sonra iştirak edən könüllülərdə damarların vəziyyətinin və iltihabi proseslərin mövcudluğunun hansı səviyyədə olduğu yoxlanılıb.
Meddaily-nin verdiyi xəbərə görə həmin xəstələrdə E vitaminin qəbulu nəticəsində ürəkdə damar funksiyalarının yaxşılaşması 2.8 % artıb.


Tarix: 09.01.2015 / 10:49 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqlı Məlumatlar
loading...