Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şən adamların bəxti gətirib

Məlumata görə ABŞ-da aparılan bir araşdırmada şən insanların infarkt və digər ürək xəstəliklərinə tutulma riskinin daha az olduğu müəyyən olunub.
ABŞ-da Con Hopkins Universitetinin Tibb Məktəbinin apardığı tədqiqatlara görə şən təbiətli insanların infarkt keçirmə ehtimalı azdır.
Mütəxəssislər əvvəlki araşdırmalarda narahat və ya depressiv insanların infarkt keçirmə ehtimallarının yüksək olduğunu bildiriblər.
Bu tip insanların ürək xəstəliklərindən ölmə riski də çoxdur. Amerikanın "Kardiologiya" jurnalında həyatdan məmnun, şən, aktiv və rahat olan insanlarda infarkt riskinin azaldığı bildirilir. Bu baxımdan xoşbəxt temperamentli olmaq vacibdir.
Araşdırmalarda şən və sakit olmaq ürək üzərində qoruyucu təsirə malikdir. Mütəxəssislər mövzu üzərində daha çox araşdırma edərək bədən və ruh arasındakı qarşılıqlı təsirə fikir veriblər. Araşdırmada 1483 adamın 25 illik məlumatları qiymətləndirdiyi deyilir. Nəticədə müsbət bir ruh halında olan insanların ürək xəstəliklərinə tutulma riskinin üçdə bir nisbətində düşdüyü müəyyən olunub.


Tarix: 08.01.2015 / 17:42 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Maraqlı Məlumatlar
loading...