Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərləməyan insan

Türkiyə Şanlıurfa şəhər sakini anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir

Türkiyə Şanlıurfa şəhər sakini bir milyonda bir görülən xəstəliyə yaxalanıb. Belə ki, 22 yaşlı Mehmet Şükrü Şəkərin anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir. Bu səbəblə də onun bədənin hərarəti yüksəlir. Xəstəliyi səbəbilə evdən bayıra çıxa bilməyən M. Ş. Şəkər hər saatdan bir başından aşağı su tökür. Üstünə su tökmədən yaşaya bilməyən xəstə sırf bu səbəblə heç bir yerdə işləyə bilmədiyini deyib.

Xəstəliyin adı kitablarda olmadığı üçün oğlunun işləyə bilməyəcəyinə dair arayış ala bilmədiyini deyən M. Ş. Şəkərin atası baş nazir və səhiyyə nazirindən yardım istəyir.


Tarix: 13.01.2015 / 13:04 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar
loading...