Gen müxtəlifliyi nə qədər qabarıqdırsa, uşaqların orqanizmi valideynlərinə nisbətən bir o qədər sürətlə inkişaf edir.
Valideynləri eyni şəhərdən olan uşaqların hündürboylu olmamaq ehtimalı böyükdür. Polşalı alimlər belə qənaətə gəliblər.
Onların fikrincə, əgər ata-ana ayrı-ayrı regionların sakinləridirsə, uşaqları boyca onları ötüb keçəcəklər.
Alimlər bunu müxtəlif regionların əhalisinin gen materialının fərqli olması fenomeni ilə izah edirlər. Gen müxtəlifliyi nə qədər qabarıqdırsa, uşaqların orqanizmi valideynlərinə nisbətən bir o qədər sürətlə inkişaf edir.
Polşalı alimlər valideynlərin boyunu və gəlirini nəzərə alaraq, 2 min 675 oğlan və 2 min 603 qız üzərində tədqiqat aparıblar. Eksperimentin nəticələri təsdiq edib ki, uşaqların boyunu irsiyyət və valideynlərin maddi durumu (imkanlı insanlar daha yaxşı qidalanırlar) kimi amillər müəyyən edir. Alimlər, eyni zamanda, birmənalı şəkildə sübuta yetiriblər ki, valideynlərin boya-başa çatdıqları regionlar arasında məsafə oğlanların 20 faizinin və qızların isə 14 faizinin boyunun çıxması amilinə təsir göstərir.
Tarix: 09.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar