Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alkoqolizmi narkotiklə müalicə etmək olar?

Hallyusinasiya preparatı olan LCD-nin bir dozası xroniki alkoqolluqdan əziyyət çəkənlərə bu zərərli vərdişdən əl çəkməyə kömək edə bilər. Norveç Elm və Texnika Universitetinin alimləri 1960-cı ildə alkoqolizmin müalicəsi məqsədilə keçirilmiş 6 eksperimenti tədqiq ediblər. Onlar müəyyən ediblər ki, bir doza LCD hallyusinasiya maddəsi ilə müalicə edilən xəstələrin sayı ənənəvi yolla müalicə edilənlərdən artıqdır. 38 faizə qarşı 56 faiz.

Bu zaman mütəxəssisləri heyrətləndirən bir məqam da olub. Maraqlıdır ki, LCD-nin xroniki sərxoşluqdan əziyyət çəkən insanların orqanizminə təsir mexanizminin öyrənilməsi davam etdirilməyib.

Britaniya hökumətinin keçmiş müşaviri Devid Nattanın sözlərinə görə, norveçli alimlərin tədqiqatlarının nəticələri qadağan olunmuş bəzi narkotiklərin yenidən təhlil olunmasınının vacibliyini sübut edir.


Tarix: 09.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar
loading...