Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əllərin və ayaqların davamlı üşüməsinin səbəbi müəyyən oldu

Qadınların gündəlik dəmir ehtiyacının kişilərlə müqayisədə iki misli civarında olduğu qeyd olunmasına baxmayaraq isinməyən, üşüyən əl və ayaqların əslində başqa səbəbə görə olduğu bildirilir.
Kişilərə nisbətən qadınlarda daha çox görülən, əllərin və ayaqların davamlı üşüməsinin səbəbi qan damarlarındakı daralma olduğu qeyd olunur.
İngilis internet saytı Daily Maildə yayımlandığı bildirilən xəbərə görə kapilyar damarlar reallaşdırdığı mikrosirkulyasiya sayəsində dərimizin isti qalmasını təmin edir. Ancaq bədən hər hansı bir soyuqla qarşılaşdığı anda, kapilyar damarları sanki "bağlayır" və ürək, ağciyər kimi həyati önəm kəsb edən daxili orqanları istmək üçün işə düşür. Buna tibbdə qan damarlarındakı daralma deyilir. Soyuqda qaldığımızda qol və ayaqlara, dəqiqədə ortalama 0.02 litr daha az qan vurulur.
Soyuq havalarda əllərin və ayaqların bədəndəki ən soyuq yer olmasının hətta bəzən göyərməsinin səbəbinin bu olduğu göstərilir.


Tarix: 09.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Məlumatlar
loading...