Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təyyarədə motora yaxın oturmayın

BBC-nin xəbərinə görə, təyyarə gurultusunun yüksək olduğu Heathrow Hava Limanı ətrafında yaşayan 3,6 milyon nəfəri əhatə edən tədqiqat aparılıb. Həmin tədqiqatlara görə ürək, qan dövranı və s. narahatlıqları olan şəxslərdə təyyarə gurultusundan ciddi sağlamlıq problemləri olur.
Bu cür insanlarda sağlamlıq risklərinin digər insanlara nisbətən 10 və ya 20% çox olduğu bildirilir.
Məlumatda oda bildirilir ki, təyyarələrin dizaynı və motorlarındakı müsbət dəyişikliklər az sayda insanın təsirə məruz qalmasına səbəb olur.
Tədqiqatın nəticələri "British Medical Journal"da nümayiş olunan araşdırma çərçivəsində, Sivil Havaçılıq Dairəsinin 2001-ci ildə səs-küy səviyyələri ilə əlaqədar məlumatlarından istifadə edildiyi, bu məlumatların, təyyarə səs-küyünün 50 desibeli keçdiyi Londonun xaricindəki 9 bölgə və 12 mahalı əhatə etdiyi ifadə edilmişdir.
ABŞ-da aparılan digər bir araşdırmaya görə ölkədə fəaliyyət göstərən 89 hava limanı yaxınlığında yaşayan şəxslərin, ürək-damar narahatlıqlarından əziyyət çəkdiyi bildirilir. Lakin elm adamları, aparılan tədqiqatların sırf təyyarə gurultusunun ürək problemləri və s. fəsadlara yol açdığını təstiqləmədiyini bildirirlər.


Tarix: 08.01.2015 / 17:00 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar
loading...