Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanlar arasında bioloji fərqlər

Qadınla kişi arasındakı ən mühüm fərq, sözsüz ki, onların bədən quruluşu və fizionomiyası arasındakı fərqdir. Əslində digər fərqliliklərin əsasını qoyan da elə bu fərqin özüdür. Qadınla kişi arasındakı cinsi ayrılıq hamiləliyin ilk altı həftəliyindən sonra özünü büruzə verir. Bu gün artıq kəşf etmişlər ki, inkişafın lap əvvəlindən beyin dişi və ya erkəklik ayrılığına meyl edir. Ana bətnində oğlan dölü qız dölündən daha sürətli inkişaf edir və yeni goğulmuş körpə oğlan uşağı körpə qız uşağından daha ağır və daha uzun olur. Lakin bu fərq uşaqların 7-ci aylarından 2 yaşlarına qədər azalmağa başlayır. Təhqiqatlar göstərir ki, on iki yaşadək oğlanların boy və çəki inkişafı qızlardakı inkişafdan sürətli olur. 10-12 yaş arası və daha sonra isə qızların inkişafı daha güclü olur. Elə doğuş anından etibarən qızların lamisə və ağrı hiss etmə duyğuları oğlanlarla müqayisədə zərif olur. Başqa ibarətlə desək, qızlarda lamisə və ağrı duyma hissini təhrik etmək üçün kiçicik bir hərəkət kifayət edir, halbuki qadınların eşitmə qüvvəsi kişilərin eşitmə qüvvəsindən bir ömr boyunca güclü olur. Buna görə də qadınlar eşitmə qüvvəsini təhrik edənlərə, kişilər isə görmə qüvvəsini təhrik edənlərə çox həssaslıq göstərirlər. Oğlanlar mexaniki işləri və rabitəni, qızlar isə barmaq məharəti ilə icra edilən işləri daha yaxşı dərk edirlər. Nəhayət, bədən quruluşuna görə qadınlar kişilərdən daha zərif, kişilər isə əzələli və qüvvətli olurlar.

Qavrama inkişafının fərqi

Qızlarda qavrama inkişafı ən cox başqa dilləri öyrənmə yolu ilə, oğlanlarda isə əməli-praktiki məharətlər yolu ilə başlayır. Qızlar məntiqi rabitəsi olmayan məsələləri, oğlanlar məntiqi rabitəsi olan məsələləri daha çox yadda saxlayırlar. Oğlanlar qızlardan daha çox tədqiqatçı olurlar. Elə buna görə də ixtiraçı və dahilər daha çox kişilərdən çıxır. Sonda deməliyik ki, kişilər düşüncə, qavrama və idarəçilik bacarığı baxımından qadınlardan daha təcrübəli, qadınlar isə səmimiyyət və atifə (dostluq, mehribanlıq) sahəsində kişilərdən daha üstündürlər.


Tarix: 08.01.2013 / 11:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 498 Bölmə: Maraqlı Məlumatlar
loading...