Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həkimlər 9-cu sinifdə oxuyan oğlanı hamilə çıxartdılar

Qazaxıstanlı həkimlər 9-cu sinifdə təhsil alan yeniyetmə oğlana səhvən hamilə diaqnozu qoyublar. Belə ki, özünü pis hiss edən oğlanı valideynləri xəstəxanaya gətiriblər. Həkimlər ona qlomerulonefrit (əsasən böyrəklərin yumaqcıq aparatının zədələnməsi ilə gedən infeksion-allergik xəstəlikdir) diaqnozu qoyublar və bir müddət xəstəxanada qalmağı məsləhət görüblər. İki həftəlik müalicədən sonra isə oğlana hamilə olması haqda çıxarış təqdim ediblər.

Bundan təəccüblənən valideynlər uşağı müayinə üçün başqa xəstəxanaya göndəriblər. Müayinə onun heç də hamilə olmadığını müəyyənləşdirib. Bu hadisədən stress keçirən yeniyetmə ona səhv diaqnoz qoyan həkimləri məhkməyə verib. Məhkəmənin qərarı ilə ona 50 min təng (təxminən 330 dollar) kompensasiya ödəniləcək.

Amma yeniyetmə məhkəmənin qərarından narazı qalıb. O, ona 10 milyon təng (66,4 min dollar) ödənilməsini və ona səhv diaqnoz qoyan həkimin işdən çıxarılmasını tələb edir.


Tarix: 09.01.2015 / 10:58 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqlı Məlumatlar
loading...