Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecələryuxuda durub gəzmək kabusdur?

Dost-tanışlardan, yaxud elə
qohumlarınızdan kiminsə gecələr
yuxuda durub gəzməsi, bəzi
hallarda hətta müxtəlif işlər
görməsi barədə, yəqin,
eşitmisiniz.
Qəribədir, belə hallarla üzləşənlər
səhərisi gün gördüklərini həmin
şəxslərin boynuna qoya bilmirlər.
Bu yazımızda məhz gecələr
yuxuda durub gəzənlərdən
(lunatiklərdən - red.) bəhs
edəcəyik. Yəqin ki, bu mövzu
çoxlarına maraqlıdır. Araşdırmalar
göstərir ki, yuxuda durub
gəzənlərin sayı ilbəil artır,
xüsusən də uşaqlar arasında...
“Mənim başıma gəlməz” deməyin,
bir gün siz də qol saatınızı
soyuducuda tapa, yaxud bir gecə
uşağınızın yuxuda durub evi
dolaşdığını görə bilərsiniz...
Araşdırmalar göstərir ki, 4-15 yaş
arası uşaqların 25-30 faizində bu
hal müşahidə edilir. Adətən,
uşaqlar yatdıqdan 1-2 saat sonra,
yəni yuxunun ən dərin vaxtında
bu proses baş verir...
Bəzi insanlarda yuxuda durub
gəzmək hər gecə müşahidə
olunursa, bəzilərində daha çox
stresli günlərdən sonra və ya
yuxusuz qaldıqda ortaya çıxır.
Həmin şəxs bu əsnada oyaqmış
kimi davranır, adi günlərdə olduğu
kimi rahatlıqla hərəkət edə bilir.
Bu halda həmin şəxs sualları
cavabsız buraxıb, anlaşılmayan
hərəkətlər edir və s.
Yuxu problemlərini araşdırma
mərkəzlərindəki laborator
müayinələrə görə, bir insana
lunatik diaqnozunun qoyulması
üçün onun bir yerdən başqa bir
yerə getməsi şərt deyil. Bunun
üçün onun ayaqlarını yerə basıb
bir az oturduqdan sonra təkrar
yuxuya davam etməsi və bunları
xatırlamaması diaqnoz üçün
yetərlidir.
Yuxu və onunla əlaqəli
problemlərlə bir çox sahənin
mütəxəssisləri məşğul olsalar da,
yuxuda durub gəzənləri, ilk
növbədə, psixiatr və sinir
xəstəlikləri üzrə mütəxəssislərə
göstərmək tövsiyə edilir.
“Psixiatrlar hesab edirlər ki,
lunatiklik xəstəlik deyil”
Sadəcə, hər bir bioloji və psixoloji
narahatlıq kimi, yuxuda durub
gəzməyi də “tətikləyən” bir çox
səbəblər var


Tarix: 27.08.2012 / 09:22 Müəllif: Behlul Baxılıb: 897 Bölmə: Maraqlı Məlumatlar
loading...