Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi xəstəliklər dırnaqlarda gizlidir

Əyri dırnaqlarda olan çuxurluq, girinti və çıxıntılar bəzi xəstəliklərə şərait yaradır.

Ağciyər, qaraciyər və qəlbinizlə bağlı hər hansı bir problem, əvvəlcə dırnaqlarda özünü göstərir.

Çox solğun, ya da ağ dırnaqlar, çox vaxt yaşlılığa görə meydana gələn zərərsız bir vəziyyətdir. Ancaq, çox ciddi xəstəliklərin əlaməti də ola bilər: anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi.

Dırnağın səthi tamamilə ağdırsa diqqət edin. Qaraciyərlə bağlı ciddi bir problem ola bilər. Məsələn, Hepatit çıxa bilər. Bu şəkildə barmaqların da saralmış olduğu gözə çarpır. Bu da yenə qaraciyərdə bir problemin olduğunun başqa bir işarəsidir.

Saralmış dırnaq çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları daxilə doğru çəkilmiş və dırnaqlar parçalanmış kimi bir görünüşü vardır. Saralmış dırnaq, çox nadir də olsa şəkər xəstəliyində, mirvari suyu xəstəliyinə, tiroid probleminə və ya ağciyərlə bağlı bir problemə də diqqət çəkə bilər.

Mavi rəngə çalan dırnaq bədəndə lazım olan qədər oksigen olmadığını göstərir. Ağciyər xəstəliklərindən sətəlcəmin xəbərçisi ola bilər. Çox az maviləşən dırnaq şəkər xəstəliyinin əlaməti də ola bilər.

Əgər dırnağın səthi nahamar, çuxurlu və əyri-üyrü olmuşsa, dırnaq altında qırmızı-qəhvə rəngi ləkələr yaranmışsa, bu deformasiyanın arxasında mirvari suyu xəstəliyi və ya oynaq iltihabı ola bilər.

Çatlamış, ikiyə ayrılmış, asan qırılan dırnaqlar tiroid xəstəliklərinin xəbərçisidir. Bu deformasiya, sarımtıl dırnaq altı ilə birləşirsə göbələk xəstəliyi də ola bilər.

Əgər dırnaq ətrafı parçalanmış və qızarmışsa, dırnaq yatağının iltihablanmış olduğunu göstərir. Diqqət, bu dırnaqdan dəri vərəmi də çıxa bilər.

Əgər dırnağın səthində şəkildəki kimi tünd rəngli cizgilər, kölgələr yaranmışsa dərhal həkimə müraciət edin. Bu ən təhlükəli dəri xərçəngi olan melanomanın əlaməti ola bilər.

Dırnaq yemək, ümumiyyətlə geniş yayılmış anksiyetə pozulmasının bir nəticəsidir. Obsesif-kompulsif pozulmasının da bir nəticəsi ola bilər. Dırnaq yeməyi tərgitmək hər zaman üçün asan bir işdir. Həkimə müraciət edin.

Dırnaqlar bədən tapmacasının hissələri kimidir. Həmçinin ağ dırnaqlara sahib olmaq hamıda da hepatit olması demək deyildir. Amma dırnaqlarınızın görünüşü ilə bağlı şübhələriniz varsa, bir dermatoloq sizə yardımçı ola bilər.


Tarix: 08.01.2015 / 16:04 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar
loading...