Həkimlər 540 qram çəki ilə doğulan körpənin həyatını xilas ediblər. Verilən məlumata görə, körpə 24 həftəlik olarkən Şotlandiyanın Edinburq şəhərində doğulub. Həkimlər Emili Kresseyin həyatını xilas etmək üçün onu soyuducu sellofanına sararaq ana bətni şəraiti yaradıblar.
Körpə vaxtından çox tez doğulduğu üçün orqanizmi inkişafını tamamlaya bilməyib. Bunun üçün də həkimlər ona inkişafını davam etdirmək üçün münbit şərait yaradıblar. Nəticədə körpə iki əllə həyata sarılıb. Yaxın günlərdə onun evə buraxılacağı gözlənilir.
Emilinin anasının sözlərinə görə, bu onun 4-cü hamiləliyi olub. Körpə iyun ayında doğulmalı idi. Lakin vaxtından çox əvvəl doğulduğu üçün həkimlər onu sellofanda həyatda saxlamağa çalışdılar.
Həkimlərin səyi sayəsində körpə qızın çəkisi 2 kq-a kimi artıb. Onun sağlamlığı ilə də bağlı heç bir problemi yoxdur.
Tarix: 08.01.2015 / 16:19 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Maraqlı Məlumatlar