I Qan Qrupu
Birinci qrup qan daşıyıcıları həddən artıq
güclü ruha malikdirlər.Həmişə
hərəkətdədirlər.Tükənməz enerjiləri
var.Təsiretmə gücləri böyükdür.Onlar
anadangəlmə liderdirlər.Təşəbbukar və
nikbin insanlardır.Damarlarında birinci
qrup qan dövran edən insanlar Adəm
övladları arasında ən iddialı,əzmkar və
mübarizdirlər.Bu qrupa daxil olan bütün
insanlar özlərinə inam hissi və fəallıqları
ilə seçilirlər.İradı keyfiyyətləri
yüksəkdir.Tez ünsiyyət qurur və hər bir
insanla dil tapmağı bacarirlar.Onların
həyatda uğurla irəliləmələrinə mane olan
yeganə cəhətləri
qisqanclıq,özünəvurğunluq və
xüdbinlikdir.Realistdirlər.Bu qrupun zərif
cins nümayəndələri cəlbedici və çəkici
olduqları qədər də qısqancdırlar.Kişiləri isə
Don Juan olmaları ilə seçilirlər.
II Qan Qrupu
İkinci qan qrupu olan adamlar
vicdanlı,tapşırılan işi canla-başla yerinə
yetirən,son dərəcə işgüzar olurlar.Onlar
hər şeydə bir düzən,səliqə-səhman
axtarırlar.Xırdalıqlara fikir verən bu
insanlar öz zəhmətsevərlikləri və
məsuliyətləri ilə seçilirlər.Vəzifədə
artmaqdan ötəri irəli gedirlər.İşi əsas
götürürlər.Deyirlər ki, yerdə qalan hər şey
ikinci dərəcəlidir.Hansı işdən yapışsalar
yarıdırlar.Qətiyətlə dedikləri sözə şübhə
etməyin.Onlar həqiqəti sevirlər və
həqiqəti söyləyirlər.Şəxsi münasibətlərdə
çox sədaqətlidirlər.Kiminlə dostluq etsələr
çalışırlar ki, daimi olsun.Sakit, mülayim,
gülərüz insanlardır.Hisslərini açıq biruzə
vermirlər,ancaq tərslikləri və
inadkarlıqlarıda var.Bu insanları öyrənmək
çətindir,amma çox səmimi,etibarlı və
qayğıkeş olduqları zaman keçdikcə üzə
çıxır.Onların mənfi xüsusiyətləri
inadkarlıqları və bir qədər qıcıqlandırıcı
olmalarıdır.Öz narahatlıqlarını
gizlədib,incikliklərini ürəklərinə
saldıqlarından bu vəziyyətləri sonra istər-
istəməz emosianal partlayışa səbəb
olur.bu qrupun qadınları kimi kişiləri də
utancaqlıqları,sadiq və vəfalı ömür-gün
həmdəmi olmaları ilə seçilirlər.
III Qan Qrupu
Üçüncü qan qrupu olanlar
həsas,mədəni,böyük imkan və
qabiliyətlərinə malik adamlardırlar.İşdə
həm özlərinə həm də başqalarına qarşı
çox yüksək tələbkarlıqla
yanaşırlar.Sakitdirlər.Sakitliyin içində çox
həsas adamın gizləndiyini təsəvvür etmək
çətindir.Hərdən hisslərini çox güclü şəkildə
biruzə verirlər.Sevgi məsələlərində Leyli
və Məcnunu ötüb keçirlər.Qadınları
küsəyəndir.Onlar eyni qan qrupu olan
kişilərədən güclüdürlər.Bu qrup insanlar öz
bildiklərini edir,ətrafdakıların fikri onlar
üçün o qədərdə önəmli olmur.Üçüncü qrup
daşıyıcıları İncəsənətə meylli insanlardır
və özlərinə məxsusluqları ilə
seçilirlər.Onların əlindən çox iş gəlir və
zəngin düşüncəyə malikdirlər.Ünsiyyətdən
qaçır,çox danışmağı sevmirlər.Azadlıqları
onlar üçün hər şeydən önəmlidir.Buna
baxmayaraq ətrafdakılarin fikrini daim
nəzərdə alır,onların sevincinə və dərdinə
şərik olurlar.İlk baxışdan olduqca sakit və
hövsələli görünsələrdə əslində onların
içində hər an püskürməyə hazır olan bir
vulkan yatır.Bu qan qrupundan olan
qadınlar dəhşətli dərəcədə
qısqancdırlar.kişilərindən isə yaxşı dost
çıxar.
IV Qan Qrupu
ördüncü qan qrupu olanlar hislərinin
əlində acizdirlər.Ehtiras sanki onları
dağıdır.Bu da daxili,mənəvi rahatsızlığa
gətirib çıxarır.Şübhəli,qətiyyətsiz
olurlar.Bütün münaqişələrini təklikdə
çəkir,heç kəsə bir söz
demirlər.Sevgidə,dostluqda,ailə həyatında
onlar ideala yaxındırlar.Təkcə öz
xoşbəxtliklərinə can atmırlar həm də
başqalarının xoşbəxt etmək
istəyirlər.Dünyada bu qan qrupu
daşıyıcıları çox azdır.İstedadını göstərə
bilənlər daha çox məhşurlaşa
bilirlər.Adətən iki xasiyyətli olurlar.Həm
soyuqqanlı,həm də istiqanlı.Xasiyyətini
tez-tez dəyişməsi müşahidə
olunur.İnsanlarla ünsiyyəti çox sevirlər.İlk
dəfə olduqları məclisdə belə asanlıqla
ürəklərə yol tapırlar.Xırdaçı deyillər.Bəzən
atdiqları addımın sonunu belə
düşünmürlər.Kinli deyillər.Çoxlu sayda
dost qazanırlar.Onlar gözəl ömür-gün
həmdəmidilər.Bütün bunlara baxmayaraq
dördüncü qrupa məxsus insanlar qərar
verməkdə olduqca çətinlik çəkirlər.
Tarix: 24.11.2012 / 03:17 Müəllif: [Ram] Baxılıb: 1789 Bölmə: Maraqlı Məlumatlar