Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erkən oyanan arıların balı daha keyfiyyətlidir

Başqalarından tez oyanan və daha tez işə başlayan arıların balı daha keyfiyyətlidir. Bi-Bi-Si xəbər verir ki, bu faktı Almaniyanın Konstans Universitetinin alimləri müəyyən etmişlər.

Tədqiqatlar zamanı aşlkar edilmişdir ki, arılar səhərlər çiçəklərin rahiyəsini günün qalan hissələrinə nisbətən daha yaxşı duyur. Tədqiqatın rəhbəri professor Covanni Qalisiyanın fikrincə, bu, arıların səhər saatlarında daha iti işləyən beyninin xüsusi quruluşu ilə bağlıdır.

Çiçəklər məhz səhərlər daha şirəli olduğu üçün hissiyyat orqanları da fəallaşır. Əslində, bal yığımına daha tez qoşulan arıların sinir sisteminin inkişaf dərəcəsi də yüksək olur, çünki ağıllı arılar daha yaxşı qidalanır və deməli, daha yaxşı işləyirlər, lakin onlar başqalarından tez oyanmalı olurlar.


Tarix: 08.01.2013 / 11:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Maraqlı Məlumatlar
loading...