Harvard tibb məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, mütəmadi qəhvə qəbulu intihar riskini iki dəfə azaldır.
"The World Journal of Biological Psychiatry" jurnalına istinadən bildirir ki, bu, 1980-ci illərin sonlarından 2008-ci ilə kimi aparılmış tədqiqatların nəticəsində ortaya çıxarılıb.
Tədqiqatlara 200 min nəfərdən artıq adam qatılıb. Onlar qəhvə, kofein qatışıqlı içkilər və ya kofeinsiz qəhvə içməkləri barədə suallara cavab veriblər.
Bu müddət ərzində 277 intihar hadisəsi qeydə alınıb. Məlumatların təhlili göstərib ki, kofein qəbulu ilə intihar riski arasında əks əlaqə var.
Məlum olub ki, həftədə bir fincan qəhvə içənlərin intihar riski gündə dörd-beş fincan qəhvə içənlərdən 50 faiz yüksəkdir.
Müəlliflərin fikrincə, kofein mərkəzi sinir sistemini stimullaşdırmaqla yanaşı, həm də yumşaq antidepressant kimi çıxış edir, baş beyində əsas neyromediatorların - serotonin, dofamin və noradrenalinin sekresiyasını gücləndirir. Alimlərin fikrincə, gün ərzində iki-üç fincan qəhvə (400 milliqram kofein) optimal dozadır
Tarix: 08.01.2015 / 17:13 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar