Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu çatışmazlığı məktəblilərin dərs çalışmasına əngəl törədir

BBC-in verdiyi məlumata görə təhsil sahəsində aparılan araşdırmalar nəticəsində və beynəlxalq ekspertlər qrupunun rəyinə əsasən yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Bu məsələnin inkişaf etmiş ölkələrdə ciddi problemə çevrildiyi deyilir.
Məlumatda daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi bildirilir.

Eyni zamanda ekspertlər bildirirlər ki, yatmazdan öncə mobil telefon və kompüterlərdən istifadə edilməsi yuxunun keyfiyyətini və gümrahlıq dərəcəsini xeyli aşağı salır.
Kömpüter ekranının yaxın məsafədən üzə işıq salması nəticəsində yuxunun qaçdığı qeyd olunur.

Yuxu çatışmazlığı şəraitində məlumatın qavranması və yadda saxlanması xeyli çətinləşir.
Bununla belə ekspertlər qeyd edir ki, yuxusuzluğun aradan qaldırmaq mümkündür, bunun üçün yuxu normasını gözləmək kifayətdir.


Tarix: 08.01.2015 / 17:56 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Maraqlı Məlumatlar
loading...