Yaraşıqlı kişilər soyuqdəymədən daha az əziyyət çəkirlər. Məlumata görə, xarici görkəmlə güclü immun sistemi arasında əlaqə mövcuddur.
"Daily Mail" də yer alan məlumata görə, maraqlıdır ki, bu əlaqə ancaq kişilərdə müəyyən edilib. Qadınların görünüşü ilə immun sistemi arasında əlaqənin təsirləri haqqında bunu demək olmaz.
Finlandiyanın Turku Universitetinin alimləri gənc latış qızlarına hepatiti B 52-yə qarşı vaksin vurub və antitellərin, stress hormonları olan kortizol səviyyəsini ölçüblər. Daha sonra bu qadınların şəkilləri çəkilib və 18 metroseksual kişi tələbədən onları qiymətləndirmələrini istəyiblər.
"Kişilərdən fərqli olaraq qadınlarda immun sistemi ilə cəlbedcilikləri arasında əlaqə olmadığını müəyyən ediblər. Kortizolun səviyyəsinin ölçülməsi isə göstərdiki, stresdə olanda həm kişi, həm də qadınlar olduqlarından daha yaraşıqsız görsənirlər", deyə təcrübə rəhbəri bildirib.
Tarix: 08.01.2015 / 17:53 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar