Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan orqanizminin möcüzələri

İnsan bədəninin möcüzələri haqqında nə bilirsiniz?

Bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluq ilə dünyanı 3 dəfə dolaşmaq olar.

İnsan gözü o qədər həsassdır ki, əgər dünya düz olsaydı 60 km uzaqdakı şam işığını görə bilərdi.

İnsan beyni dəqiqədə 1000 kəlmə oxuya bilər.

İnsan saçı 12 ton çəkisi olan yük qaldıra bilər.

İnsan bədənindən 30 dəqiqədə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.

İnsan bədənində şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.

İnsan sümüyü qranit kimi möhkəmdir. Sümüklər 9 ton yük qaldıra bilər.

İnsan beyni kompüter olsaydı saniyədə 38 katrilyon iş görə bilər. Dünyanın ən güclü komputeri olan "BlueGene" bu rəqəmin 2/1000 görə bilir.

Körpələrin əksəriyyəti mavi gözlü doğulur. Lakin ultrabənövşəyi işıqların təsirindən rəng dəyişir.

Bir dırnağın tam böyüməsi üçün 6 ay lazımdır.

Böyrəklərimizdə 2 milyona yaxın filtr var ki, onlar da hər dəqiqədə 1,3 litr qan təmizləyir.

Hər bir insanın özünə xas qoxusu var. Bu qoxu ancaq əkizlərdə eyni ola bilər.

Çox yuxu görmək yüksək İQ səviyyəsindən xəbər verir.

Səhər yuxudan duranda 1 sm daha uzun oluruq. Bunun səbəbi onurğa qığırdaqlarımızın gün boyunca yığılmasıdır.

Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.

İnsan beyni bütün bədənin oksigeninin 20 faizini təkbaşına istifadə edir.

Bəzi qadınlar çox insanla müqayisədə dünyanı daha rəngli görürlər.
İnsanların əksəriyyətində 3 tip rəng qəbuledici olsa da, az qism qadınlarda bu say 4-5 arasında olur.


Tarix: 08.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı Məlumatlar
loading...