Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər ilk görüşmədə gözəlliyə fikir verir

Kişilər ilk görüşmədə gözəlliyə fikir verir
Aparılan tədqiqatlara görə kişilər ilk görüşmədə gözəlliyə fikir verir. Cəlbedici və gözəl görünməkdə saçlar, makiyaj, ətirlər və geyim də önəmlidir.
Saçlar
Kişilərin diqqətini cəlb etməkdə vacib komponentlərdən biri saçlardır. Bu baxımdan saçları hər vaxt təmiz və baxımlı saxlamaq lazımdır. Sağlam və gözəl saçlar üçün ən təsirli prosedurlardan əlavə arqan yağı da faydalıdır. Bu yağ arqan ağacının qabıqlı meyvəsinin çəyirdəyindən əldə edilir. Elm adamları zədələnmiş saçların bərpası və müdafiəsi üçün arqan yağını məsləhət görürlər. Tərkibi E vitamini və antioksidantla zəngin olan arqan yağı digər vasitələr kimi saç qulluğunda geniş istifadə olunur.
Makiyaj
Gözəl, cəlbedici görünmək üçün makiyaj təbii və yüngül olmalıdır. Çünki, şişirdilmiş makiyaj qadının xarici görkəminə pis təsir göstərir.
Ətirlər
Qadın gözəlliyinin əsas cəhətlərindən biri ətirdir. Ətirlər pambıq, yun kimi təbii liflə toxunmuş parçalarda çox qalıcıdır və rahat yayılar. Sintetik liflərdə yayılımı və qalıcılığı azdır.
Kişilərin diqqətini çəkən bu məsələyə həssas yanaşmaq vacibdir. İlk görüşdə bu cəhət önəmlidir. Seçdiyiniz parfümdən kişi təsirlənməlidir. Görüşdən sonra belə qoxunu xatırlamalıdır.
Ayaqqabı seçimi
Bəzi kişilər qadın gözəlliyində dikdaban ayaqqabılara fikir verir. Xüsusən, özünə inamlı bir şəkildə gəzən qadınlar bu səbdən ilk görüşdə kişidə xoş təəsürrat yaradır.
İlk görüşdə və vacib günlərdə (sevgililər günü, ad günü və s.) təbii gözəlliyə rəng qatan bütün cəhətlər nəzərə alınmalıdır. Bütün bunlar əks cinsin yaddaşında xoş xatirələr yaradacaq.


Tarix: 08.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqlı Məlumatlar
loading...