ABŞ-ın Kentucky əyalətində Louisville (Kardiyovasküler İnnovasiya İnstitutu) İnstitutunun elm adamları, qan damarları da daxil olmaqla ürəyin bəzi qisimlərini yaratmağı bacarıblar.
Məlumata görə daha əvvəl bu yolla süni ürək qapaqçığı çıxaran Stüart Williams və qrupu, 3-5 arasında dəyişən hüceyrə və toxumalarla uyğun bir nəticə alıblar.
Xəstənin yağ hüceyrələrindən hazırlanan ürəyə "bioqurğulu ürək" adı verilib. Beləcə orqan nəqli gözləyən xəstələrdə donor orqanı və ya süni ürək kimi istifadə ediləcəyi düşünülür.
Bir başqa məlumata görə isə Fransanın Corc Pompidou xəstəxanasında fəaliyyət göstərən bir qrup alim tamamilə süni olan ürəyin nəqlini həyata keçiriblər.
Suni ürəyin hazırlanmasında laxtalanma kimi problemlərə yol aça biləcək plastik maddələr yerinə inək dərisindən istifadə edilib. "Protez ürək" normal ürək kimi qan dövranını təmin etmək qabiliyyətinə malikdir.
900 qram ağırlığındakı süni ürəyin qiymətinə gəlincə, onun, 140-180 min avroya satılacağı bildirilir. Fransada normal ürək nəqli isə 250 min avroya başa gəlir. Tamamilə süni olan ürək, kişilərin anatomiyasına 86-100, qadınlarınkına isə 20-80 faiz uyğun hesab olunur.
Tarix: 16.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Kardiologiya