I Abbas Səfəvi və ya Böyük Şah Abbas (farsca: شاه عباس بزرگ; ingiliscə: Shāh ‘Abbās the Great; d. 27 yanvar 1571 – ö. 19 yanvar 1629) — Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi, 1587 – 1629-cu illərdə Səfəvilər Dövlətinin hökmdarı və Şah İsmayıl Xətaidən sonra Səfəvi sülaləsinin ən məşhur nümayəndəsi. Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur.Mündəricat
1 Şah Məhəmməd Xudabəndənin hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi
2 I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmlətməsi
3 Dövlətin ərazi bütövlüyünün bərpası
4 Şah Abbasın şəxsiyyəti
5 Qalereya
6 İstinadlar
7 Ədəbiyyat
8 Həmçinin bax
9 Xarici keçidlər
Şah Məhəmməd Xudabəndənin hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi
XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac az qala kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi. Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyr ən-Nisə bəyim və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.
Xəzinə talanmış, xalq soyulmuşdu. Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər. Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədir. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər. Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.
Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir. Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bunun da cavabında Qəzvindəki şah tərəfdarı olan əmirlər Əliqulu xanın valideynlərini və onun mənsub olduğu Şamlı tayfasının nümayəndələrini qətlə yetirirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər. Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.
Bu vaxt Qəzvində faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarının da bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər. Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.
Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər və Şah Məhəmməd Xudabəndə onların qarşısına çıxmalı olur.
Bundan istifadə edən Abbas Mirzə özbəklərlə döyüşün qızğın çağında Qəzvini tutaraq, özünü şah elan edir. Ahıl yaşlarında olan atasını da inandırır ki, onun xeyrinə taxt-tacdan imtina etməsi məsləhətdir.
Tarix: 01.03.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Dunya ve tarixi