Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaraqoyunlu dövlətinin süqutu

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-çi ilin 4 oktyabrında baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi "Göy məscid"də dəfn edirlər. Qaraqoyunlu dövləti özünün mövcudluğunun 58-ci ilində süqut edir.


Tarix: 02.03.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Dunya ve tarixi
loading...