Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lüksemburq

Lüksemburq - Avropada dövlət. Rəsmi adı Böyük Lüksemburq hersoqluğudur(Lüksemborq dilində: Groussherzogtum Lëtzebuerg, fransızca: Grand-Duché de Luxembourg, almanca: Großherzogtum Luxemburg). Dövlətə Böyük Hersoq Anri başçılıq edir. Bu dövlət həmçinin "polad hersoqluğu" kimi də tanınır.

Mündəricat
1 Tarix
2 Siyasət
3 Din
4 Əhali
5 Ərazi
6 İqtisadiyyat
7 İstinadlar


Tarix

Lüksemburqun tarixi 963-cü ildən qraf Siegfriedin Lütteburg Qalasını qurdurmasıyla başlayır 15. əsrdə 4 Müqəddəs Roma Cermen İmperatoru Lüksemburqdan seçilmişdir. Bunlardan I. Karl, Lüksemburqu 1354-ci ildə qraflıqa çevirmişdir. 1443-cu ikdə Bourgogne Xanədanının əlinə keçən və əsrlər tərəfindən xarici ölkələrin suverenliyində yaşayan qraflıq Bourgogne Xanədanından Marienin Avstriya imperatoru I. Maximillian ilə evlənməsi nəticəsi Habsburglara keçmişdir. Habsburgların bölünməsi ilə Lüksemburq ailənin İspan qoluna keçdi. 1684-cu ildə Fransa kralı XVI. Luis tərəfindən ələ kecirildi. 1697-cu ildə Habsburgların geri allınmışdır. Ölkə 1794-cu ildəyenə Fransız işğalına məruz qalmışdır 1815-ci ilə qədər Fransız suverenliyi altında qalan ölkə Viyana Konqresində müstəqil bir Böyük Qraflıq olaraq Hollandiyaya keçmişdir. 1830 qiyamından sonra Belçikanın bir parçası halına gəlmişdir. Fransız İmperatoru III. Napoléon'un ələ keçərmə cəhdinin müvəffəqiyyətsizliyə uğramasından sonra 1827-ci ildə müstəqilliyə qovuşan Lüksemburq Böyük Qraflıqın böyük dövlətlərin himayəsi altına alınmış və 1868 də üstündə bir çox dəyişikliklər edilməsinə baxmayaraq indiki vaxtda da eyni etibarlı olan konstitusiya istifadə edilməkdədir. O tarixdən etibarən bitərəflik siyasəti tətbiqinə qarşı hər iki dünya döyüşündə də Alman işğalında qalan Lüksemburq, 1947 Qağayında Belçika və Hollandiyayla iqtisad və gömrük birliyi Benelüksü meydana gətirmiş, 1949 da NATO, 1957 də Avropa İqtisadi Birliyinə üzv olmuşdur. Paytaxtı Lüksemburq, 2007 Avropa mədəniyyət paytaxtı seçildi. Ayrıca adam başına düşən illik milli gəlirdə dünyada ilk sıradadır (81.000$ 2006 təxmini). Digər ölkələrə nəzərən zəngin bir cəmiyyət olması, ölkə torpaqlarının kiçik olması və nüvə bir ölkə olaraq yaşaması ilə doğru mütənasibdir. Bunların xaricində, Lüksemburq, dünyada hələ də müstəqil olaraq varlığını davam etdirən və Qraflıq sistemiylə idarə olunan tək dövlətdir.

Siyasət
İdarəetmə forması - konstitusiyalı monarxiya
Dövləöt başçısı - Böyük Lüksemburq hersoqu
Hersoq - Anri, Nassau sülaləsindən (2001)
Ali qanunverici orqan - Deputatlar Palatası
Ali icraçı orqan - hökumət

Din

Katoliklər - 87%, protestantlar - 13%, müsəlmanlar.[Mənbə göstərin]

Əhali

Lüksemburqlular - 63%, portuqallar - 15%, italyanlar - 5%.[Mənbə göstərin]

Ərazi

Kantonlara bölünən 3 dairə, kantonlar kommunalara bölünür.

İqtisadiyyat
Real Böyümə: % 5.7
İnflyasiya nisbəti: % 2.6
İşsizlik nisbəti: %4.1
İxracat Ortaqları: Almaniya %21, Fransa %16.3, Belçika %9.2, Birləşmiş Krallıq %8.3, İtaliya %7.5, İspaniya %6.6, Hollandiya %4.3
İdxalat Ortaqları: Belçika %28.2, Almaniya %21.8, Çin %12.8, Fransa %9.6, Hollandiya %5.1


Tarix: 02.03.2013 / 17:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Dunya ve tarixi
loading...