Tərkibi:
3.5 (7/2) yemək qaşığı qarğıdalı nişastası
1 kq. qara üzüm
6 su stəkanı su
1 su stəkanı toz şəkər
Hazırlanması:
Qara üzümü yaxşıca yuyun. Dənələrini ayırın. Geniş bir qaba qoyub üzərinə 1 stəkan şəkər əlavə edin və bir qaşıqla basdıraraq əzin. Sonra 4 stəkan su əlavə edib qarışdırın, qazana alıb qaynadın. Qaynatdıqdan sonra üzüm suyunu süzgəcdən keçirin. Süzülmüş üzüm suyunu 1 stəkan suda əritdiyiniz nişastayla birlikdə hamar bir konsistensiya sahəyə qədər qarışdırın. Nişastalı üzüm suyunu qazana geri boşaldın və təkrar ocağa qoyun. Tez-tez qarışdıraraq yoğunlaşana qədər bişirin. İsti-isti təqdim etmək istədiyiniz qaba tökün. Soyuducuda yaxşıca soyudaraq qatılaşmasını gözləyin. Üzüm və nanə yarpaqları ilə xidmət edə bilərsiniz.
Nuş olsun!
Tarix: 29.11.2014 / 14:37 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Dünya mətbəxi