MATERİAL SİYAHISI:
3 su stəkanı un
150 q kərə yağı
2 yumurta
1 su stəkanı şəkər kirşanı
1 paket qabartma tozu
1 paket vanil
DAXİLİ XƏRCİ ÜÇÜN:
1 kasa portağal qabığı mürəbbəsi
1 çay stəkanı toz fındıq
1 su stəkanı hindistan qozu
İÇİ:
Unu, kirşanını, qabartma tozunu və vanili qarışdırma qabına alıb qarışdırırıq. Ortasını hovuz kimi açırıq. Hovuzun içinə otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Yumurtaları ortaya qırırıq. Əvvəl kərə yağı yumurta qarışdırırıq. Kənardan toz materiallardan alıb yaxşıca yoğururuq. Xəmiri yaxşıca yogururuq,xirdaliyiriq. Orta hesabla 20 yumuru çıxarırıq.
Daxili xərci üçün, portağal mürəbbəni, toz fındığı və hind qozunu bir kasada yoğururuq. Dəzgaha az un səpirik və kiçik oval xəmirlər açırıq. Daxili xərcdən bir parça götürüb əlimizlə barmaq şəklinə gətiririk. Xəmirin bir ucuna qoyub rulon şəklində bükürük. Yağlı kağız sərilmiş soba xonçasına duzuruy. Peçenyelərin üzərinə bıçaqla kəsiklər atırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.
Tarix: 25.03.2015 / 22:46 Müəllif: Nurana Baxılıb: 98 Bölmə: Şirniyyatlar