MATERİAL SİYAHISI:
4 yumurta
2 su stəkanı süd
100 q kərə yağı
Yarım çay stəkanı duru yağ
1 paket qabartma tozu
1 paket vanil
4 xörək qaşığı şəkər tozu
8 xörək qaşığı ilə un
ÜZƏRİ ÜÇÜN:
Banan
Kivi
Yaşıl fıstıq
Fındıq
Qaragilə
Sürülə şokolad
Karamel sos
Meyvəli sos
Şokolad sos
İÇİ:
Yumurtaları qırırıq, şəkəri əlavə edib çırpma teliylə çalırıq. Südü, duru yağı, əridilmiş kərə yağını töküb qarışdırırıq. Qabartma tozunu və vanili da əlavə edirik. 8 xörək qaşığı ilə un qoyuruq, yaxşıca qarışdırırıq.
Vaffli aparatını söndürə taxıb istiləşməsini gözləyirik. Duru yağla aparatının üst və alt hissəsini yağlayırıq. Vffli xəmrindən qaşıqla cihaza tökürük. Qapağını bağlayırıq. Qızarana qədər bişiririk. Qızaran waffle xəmir boşqaba alırıq. Üzərinə şokolad sürürük. Banan və kivi dilimləri qoyuruq. Yaşıl fıstıq və fındıq səpirik. Bəzisinə qaragilə qoyuruq. Üstlərinə də karamel sousu meyvəli sosusu və şokolad sousu sıxaraq xidmət edirik.
Tarix: 26.03.2015 / 10:46 Müəllif: Nurana Baxılıb: 69 Bölmə: Şirniyyatlar