Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmikli qat-qat qurabiyə resepti

Tərkibi:
400 q mayasız qat-qat xəmir
400 q kəsmik
3-4 x.q. şəkər tozu
1/3 ç.q. vanil
1 yumurta
1-2 x.q. xama
kişmiş

Üzərinə:
yumurta
şəkər pudrası və küncüt

Hazırlanması:
Kəsmik, yumurta, xama, vanil, isti suya salınıb qurudulmuş kişmişi qarışdırın.

Xəmirin donunu açın, 2 yerə bölün.

15x35 sm ölçüdə dördbucaqlı yayın. İçin yarısını üzərinə çəkin (kənarlarında yer saxlayın).

Rulet kimi bükün, kənarlarını bitişdirin, sonra "tikişi" üzüaşağı olmaqla çevirin. 3-4 sm enində dilimləyin.

İkinci kündəni də eyni qaydada hazırlayın.

Qurabiyələri içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta çəkin, küncüt səpin (xaş-xaş, darçın, şəkər tozu da səpə bilərsiniz). 200 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin. Soyudun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 21:02 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Şirniyyatlar
loading...