Dairəvi Mərdəkan qəsrinin hündürlüyü 16 m-dir. Qəsri əhatə edən qala hər tərəfdən yeddi metr hündürlüyündə daş divarlarla hörülmüş kvadrat formalı (25x25 m) həyətdən ibarətdir. Hasarın tinlərində qüllələr, məhəccər və mazqallar vardır. Planda dairəv olan qəsr, yuxarı getdikcə daralır.
Hündürlüyü boyu qəsr üç hissəyə bölünmüşdür. Bu hissələrin hamısı sferk günbəzlə örtülərək, bir-biri lə divarın içində qurulan pilləkənlə əlaqələnir. İki və üçüncü mərtəbələrə işıq düşmək üçün bayrdan içəriyə doğru kəskin surətdə genişlənən ensiz zolaq şəklində pəncərələri vardır. Qəsr əhəng məhlulu ilə yerli əhəngdaşından hörülmüşdür. Qəsrin daşlarında həkk olunan yazıların oxunması zamanı, onun 1232-ci ildə inşa edilməsi məlum olmuşdur
Tarix: 08.01.2015 / 00:18 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Ümumi