Bəlləbur qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Qurunba kəndi yaxınlığında yerləşən qala.
Qala təxminən 1 ha sahəni əhatə edir. Hündürlüyü 4-5 metr, eni 1,5 metrdir. Kvadrat formalı kərpicdən tikilmiş qaladakı yaşayış məskənlərinə çəkilən, gildən düzəldilmiş su boru sisteminin qalıqları aşkar edilib. Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub. Bir zamanlar Xürrəmilərin sığındığı Bəlləbur qalası, bizim günlərdə bölgənin ən qiymətli tarixi abidələrindən biri sayılır.
Tarix: 07.01.2015 / 23:38 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Ümumi