Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakının alınması (1501)

İsmayıl Səfəvi Cabanı döyüşünən sonra sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında alınmaz qala sayılan Bakı qalasını almağa göndərmişdir. Qızılbaş qoşunu Bakı qalasını mühasirəyə aldı və vuruşma başladı.

Fərrux Yasarın ölümündən sonra oğlu Qazi bəy Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə Bakının müdafiəsinə onun adı Gülrux xatun olaraq bilinən arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi və tövsiyəsi ilə yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. Onu İsmayılın qəzəbi ilə qorxudaraq təhdidlə şəhəri qızılbaşlara təhvil verməsini tələb edən Bakı darğası Əbdülfəttah bəyin də başına eyni aqibət gəldi.

Bakılıların inadlı müqaviməti İsmayıl Səfəvini sərkərdə Hülafə bəyin başçılığı altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin inadlı müqavimətini görən İsmayıl lağım atıb qala bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı yarığı çadır keçəsi ilə tutaraq üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ keçirib əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər mötəbər şəxsi artıq müqavimət göstərməyin mənasız olduğunu görərək, əllərində Quran, boyunlarında qılınc, kürəklərində kəfən İsmayılın hüzuruna gələrək öz itaətlərini bildirdilər.


Tarix: 07.01.2015 / 19:01 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Ümumi
loading...