Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ tədqiqatları

Azərbaycanın Qarabağ ərazisində aparılan komplekstədqiqatlar nəticəsində paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat işləri aparılmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki, ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salıb yaşamışlar.

Respublikanın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat iələri nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix institutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır.

Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır və iran azərbaycanin Qizil Özən çay kanarinda tapilan daş diləklərinin 800 min ildən çox qidməti var.


Tarix: 07.01.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Ümumi
loading...