Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülüstan və Türkmənçay müqavilələri

Gülüstan müqaviləsi – 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmışdır. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir.


Tarix: 07.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Ümumi
loading...