Qala Şamaxı şəhərindən 20 km Şimal-Qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Mənbələrdə Buğurt qalası da adlandırılan qalanın XIII əsrdə tikildiyi qeyd olunur. Qalanın adına XV əsrə aid qaynaqlarda daha çox rast gəlinir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı. Səfəvi-Osmanlı müharibələri zamanı Osmanlılar bu qalanı ələ keçirib öz dayaq mərkəzinə çevirmişdilər. Qaladan XVII əsrin sonlarına kimi istifadə olunub.
Tarix: 07.01.2015 / 23:37 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Ümumi