Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərzənd

Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta görə Ərdəbildən 14-15 fərsəx şimalda Bolqarçayın sahilində qərar tuturdu. Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı.

Bərzənd Xürrəmilər hərəkatı dönəmində Ərəblərin düşərgəsi olmuşdu. Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələri gedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi


Tarix: 07.01.2015 / 23:41 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Ümumi
loading...