Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

91-lər

"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalı. Daha sonra həmin şəxslər Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuşdular[1]. Həmin müraciət 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur[2].

Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında 91-lər barədə belə demişdir: "91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm" Lakin Heydər Əliyevin vəfatından sonra Yeni Azərbaycan Partiyasında onlara münasibət heç də birmənalı olmadı. Bu münasibət tədricən dəyişdi və onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırldı.


Tarix: 06.01.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Ümumi
loading...