Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlaləddin Mənguberdi

Cəlal əd-Din Məngüberdi (1200 - avqust, 1231) ( məngüberdi , allah verdi mənisində dir ) - Xarəzmşah (1220 ildən), Məhəmməd II Əlaəddinin oğlu, atasının ölümündən sonra xarəzmlilərin monqol-tatarlara qarışı mübarzəsinə başçılıq etmuşdi.

Xorasanda güclü qoşun toplayıb Pərvanə yaxınlığında monqollara zərbə vurmuş, lakin 1221 il noyabrın 24-də Çingiz xana məğlub olaraq Hindistana qaçmışdı. 1225 ildə Azərbaycanı (Şirvandan başqa), Gürcüstan və Ermənistanın bir hissəsini işğal etmişdi. 1231 ildə Bəndərin başçılığı ilə Gəncədə Cəlal əd-Dinə qarşı güclü üsyan qalxmışdı. Cəlal əd-Dinin yaratdığı dövlət möhkəm deyildi. Bundan istifadə edən monqollar 1231 ildə yenidən Azərbaycana soxuldular; Döyüşdə məğlub olan Cəlal əd-Din Kürdüstana qaçdı və orada öldürüldü.

Cəlal əd-Din bacarıqlı, cəsur sərkərdə, o dövrdə monqollara qarşı ardıcıl mübarizə aparan yeganə hakim olsa da, siyasətdə çox səriştəsiz idi.


Tarix: 07.01.2015 / 23:55 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Ümumi
loading...