Hidronefroz — böyrəklərin kasa-ləyən sisteminin dartılması, parenximatoz atrofiyası ilə müşaiyət olunan böyrək toxumalarının zədələnməsidir.
Xəstəlik anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə hidronefroz yuxarı sidik yollarının anomaliyaları ilə bağlıdır.
Qazanılmış hidronefroz sidiyin çıxmasını çətinləşdirən hər hansı xəstəliyin nəticəsidir: sidik-daş xəstəliyi, prostat vəzinin adenoması, sidik ifrazatı yollarının zədələnmiş sıxılmaları, onurğa beyninin zədələnməsi və s.
Simptomlar və gedişat
Əksər hallarda hidronefroz simptomsuz keçir və infeksiyaya yoluxmada, böyrək zədələnməsində və ya təsadüfən – rentgenoloji və ya ultrasəs müayinəsində müəyyən olunur. Lakin xəstəlik bel nahiyəsində, sidik yolunda, cinsiyyət yollarında, qasıqda ağrılarla özünü biruzə verə bilər. Kəskin ağrılar xəstəliyin ilk pillələrində müşahidə olunur. Prosesin inkişafı ilə kasa-ləyən divarları tədricən birləşdirici toxumalarla əvəz olunurlar və küt ağrılar olurlar. Sidikdə adətən eritrositlər, böyrək epiteli toxumaları (əgər yuxarı sidik ifrazatı yolları tam tutulmayıbsa) müəyyən olunurlar. İnfeksiyaya yoluxma halında hərarət yüksələ bilər. Bu halda ikincili pielonefrit onun üçün xarakterik olan simptomlarla inkişaf edir.
Xəstəliyin ilk pillələrində yalnız böyrəyin kasa-ləyən sisteminin genişlənməsi müşahidə olunur. Sidik ifrazatına maneənin aradan götürülməsi böyrəklərin funksiyalarının tam bərpasına gətirir. Xəstəliyin uzunmüddətli gedişatında yüksək boşluqdaxili təzyiqin nəticəsində böyrək toxuması sıxılır ki, bu da üzvi dəyişikliklərə gətirir. Böyrək toxuması distrofik dəyişikliklərə məruz qalır, atrofiyaya uğrayır və birləşdirici toxumalarla əvəz olunur. Zədələnmiş böyrək artıq funksiyalarını tam yerinə yetirə bilmir. Ona görə də böyrəkdən sidik ifrazatının çətinləşmə səbəblərini aradan götürərkən onun funksiyasınin müəyyən hissəsi bərpa olunur.
Tanınma
Hidronefrozun diaqnostikasında əsas rol rentgenoloji və ultrasəs araşdırma üsullarının payına düşür. Uroqramlarda boşluq-fincan sisteminin genişlənməsi aydın görünür və dartılmanın səbəbləri müəyyən oluna bilər.
Müalicə
Hidronefrozun müalicəsi sidiyin böyrəklərdən çıxmasının pozulması səbəblərinin vaxtında aradan götürülməsinə əsaslanır. Onu xəstəliyin ilk mərhələlərdə (hələ ki, böyrək toxumaları yerindədirlər və böyrəyin funksiyalarını bərpa etmək olar) aparmaq vacibdir. Gecikdirilmiş hallarda böyrək toxumalarının bir hissəsi birləşdirici toxumalarla əvəz olunurlar və böyrəklərin funksional aktivliyini tam bərpa etmək olmadığından böyrək çatışmamazlığı inkişaf edir.
Profilaktika
Sidiyin böyrəklərdən çıxmasının pozulması səbəblərinin vaxtında aradan götürülməsi.
Tarix: 26.01.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Urologiya