Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidiyin qaçırılması

Sidiyin səbəbsiz, qeyri-iradi olaraq sidik kanalından çıxmasına sidiyin qaçırılması deyilir. Bu halda iki müxtəlif simptomları fərqləndirmək lazımdır – sidiyin qaçırılması və saxlanıla bilinməməsi. Sonuncu onunla xarakterizə olunur ki, sidiyə getmə siqnalı olur, lakin sidiyi saxlamaq cəhdi müvəffəqiyyətsizliyə uğrayır.

Sidiyin qaçırılması - xəstəlik deyil, simptomdur, müxtəlif xəstəliklərin nəticəsində kişilərdə və qadınlarda olur.

Birincili sidik qaçırilması sidik kisəsinin bağlayıcı aparatının – sfinktorların (bağlayıcı əzələlərin) anatomik defektləri səbəbindən olur, məsələn, anadangəlmə anomaliya və zədələnmələr nəticəsində, və ikncili sidik qaçırilmasından fərqlənir. İkincili sidik qaçırılması anatomik qalmış sfinktorların iş qabiliyyətlərinin olmaması ilə (onların kifayət qədər funksionallıqlarının olmaması) ilə xarakterizə olunur.

İkincili qaçırılmanın səbəbləri spektri çox genişdir – sidik ifrazatının idarə olunmasına cavabdeh olan onurğa beyninin zədələnməsindən pasiyentin psixikasının xüsusiyyətlərinə qədər. Qeyd etmək lazımdır ki, anatomik qalmış sfinktorlar öz funksiyalarını lazımi qədər yerinə yetirə bilmirlər, zəif olurlar. Bu halda istənilən, hətta zəif fiziki iş qeyri-ixtiyarı sidik ifrazatı ilə nəticələnə bilər. Bu variant sidiyin stresli qaçırılması adlanır.

Sidiyin stresli qaçırılması (və ya gərginlikdə qaçırılma) – bu adi gündəlik aktivlik zamanı qeyri-ixtiyari sidik ifrazatıdır və gülüş, öskürək və ya asqıraq, gəzinti və ya fiziki tapşırıqlar, oturaq və ya uzanılı vəziyyətdən qalxmaq, ağırlıq qaldırmaq zamanı olur.

Qadınların əksəriyyəti stresli sidik qaçırılmasından əziyyət çəkirlər və bu müxtəlif yaş dövrlərində olur. Stresli sidik qaçırılması heç də həmişə qocalıq prosesinin təbii hissəsi deyil. Bu hamiləlikdən, cərrahiyyə əməliyyatlarından, menopauza dövründə qadın cinsi hormonlarının – estrogenlərin defisiti ilə bağlıdır.

Yaddan çıxartmaq olmaz ki, sidiyin qaçırılması kifayət qədər yayılmış və nisbətən asanlıqla aradan götürülə bilən səbəblərdəndir, məsələn, sidik ifrazatı yollarının infeksiyaları, uşaqlıq yolu infeksiyaları, qəbzliklər. Bəzi dərmanlar kənar təsirləri ilə sidik qaçırılmasına apara bilərlər (dərman qəbulunu həkimlə məsləhətləşmədən dayandırmaq olmaz). Bu hallarda düzgün müalicə aparılmalıdır və qaçırılma haqqında düşünməmək də olar.

Sidik qaçırılmasından əziyyət çəkən bir çox qadınlar həkim yanına gedərkən utandıqlarından bu problemləri haqqında danışmırlar. Adətən bu ona gətirir ki, ətrafdakılardan bu naxoşluğu gizlətmək üçün bütün həyatını dəyişdirirsən. Sosial kontakt dairəsi daralır, ola bilər ki, sevimli işdən və cinsi həyatdan tamamilə uzaqlaşasınız. Ən pis hal onda inkişaf edir ki, öz biabırçı naxoşluğundan bezmiş qadın müxtəlif türkəçarələrə, cadugərlərə və digər uydurmaçılara müraciət edir. Təcrübə göstərir ki, demək olar ki, həmişə bu müvəffəqiyyətsizliyə uğrayır, ruh düşkünlüyü və depressiya yaradır. Baxmayaraq ki, problemi savadlı və düzgün yanaşma ilə tam sağaltmaq olar.

Birincisi, yalnız həkim qaçırmanın səbəbini müəyyən edə bilər və onların bir hissəsini asanlıqla aradan götürə bilər. İkincisi, həkim hətta ən ağır hallarda belə yeganə düzgün müalicə seçə bilər. Sidik qaçırılması barədə həkimlə açıq söhbət müalicə üsulunun tapılması və tam aktiv həyat yolunda ən vacib addımdır.

Əzələlərin məşq olunması və bədən tərbiyəsi terapiyası sidik ifraz olunması prosesində iştirak edən sidik kisəsi və əzələlərinin yeni nəzarət üsullarını yaratmaqda kömək edir.

Stresli sidik qaçırılması olan qadınlarda sağalmaq üçün ilk üsul adətən çanaq dibi əzələlərinin möhkəmləndirilməsinə kömək edən Kegel məşğələləridir:

Birinci tapşırıq qarın, yan və ayaq əzələlərinin boşalmış halında istənilən vəziyyətdə yerinə yetirilə bilər. Bir neçə dəfə anus ətrafı əzələlərin sıxılmasına gətirən hərəkətlər etmək lazımdır (elə bilin ki, bağırsaqların dolmaması üçün bu hərəkətləri edirsiniz). Gündə bir neçə dəfə münasib vaxtlarda etmək lazımdır.

Sidik ifrazatı zamanı tapşırıq

Müvəqqəti olaraq sidik şırnağını dayandırıb yenidən başlamaq lazımdır. Beləliklə çanaq dibinin qabaq əzələləri qrupu möhkəmləndirilir. Bu tapşırığın bir variantı istənilən halda həyata keçirilə bilər: qadın özünə təlqin edir ki, guya çıxan tamponu geri qaytarır.

Birinci və ikinci tapşırıqları birləşdirən tapşırıq. Əzələləri əvvəlcə boşaldaraq, sonra yavaş-yavaş çanaq dibi əzələlərini arxa qrupdan qabaq qrupa doğru sıxmaq lazımdır. Dörd dəfə bu tapşırığı etmək bir sikli tamamlayır. Bunu minimum gündə üç dəfə iki dəqə ərzində etmək lazımdır.

Ümumi məsləhətlərin yerinə yetirilməsi narahatçılığı azalda, bir çox hallarda isə naxoşluqdan tam xilas olmağa kömək edər. Onların üzərində bir qədər ətraflı dayanaq:

Maye qəbulunu azaltmaq, rasiondan sidik qovucu təsirli qida məhsulları, məsələn, kofe, alkoqol, qreypfrut şirələrini azaltmaq məsləhət görülür.

Qəbzliklə mübarizə aparmaq lazımdır. Bir çox hallarda qəbzlik sidik qaçırılmasının əsas səbəbi olur, əgər bu belə olmasa da qəbzlikdən xilas olmaqla qaçırılma ilə bağlı problemi xeyli yüngülləşdirmək olar.

Siqareti atmaq və arıqlamaq lazımdır. Nikotin sidik kisəsinin yumşaq əzələ sistemini qıcıqlandırır, arıqlamaq nəticəsində isə lazımsız sidik ifrazatının səbəbi olan qarındaxili təzyiq xeyli azalır.

Lazımi qayda. Əgər sizin sidik kisəniz dolubsa, durun, yenidən oturun və onu ikinci dəfə doldurmağa cəhd edin. Sidik kisəsini doldurduqda həmişə belə edin. Elə vərdiş etmək olar ki, sidik kisəsi birsaatdanbir dolsun. Bu halda sidik ifrazatı arası müddətləri eyni olmalıdırlar. Sonra belə rejim normaya düşdükdə bu müddətləri artırmaq olar.

Bədən tərbiyəsi və əzələ məşqlərindən başqa yeni müalicə metodikaları da var.

Sidik qaçırılmasının stres variantında dərmandan istifadə etməyin mənası yoxdur. Bəzi hallarda qaçırılma esterogenlərin çatışmamazlığından irəli gələrsə, əvəzedici hormonal terapiyanın tətbiqi mümkündür.

Hamıya məlumdur ki, cərrahiyyə üsulu ən effektivdir və etibarlı, stabil nəticələr verir. Çoxsaylı müxtəlif əməliyyatlar var ki, sidik qaçırılmasının spesifik növü və ya səbəbi əsasında təyin olunurlar.

Bir çox qadınlar ağrılara və sağalma dövrünə ğörə qorxu hissi keçirirlər və əməliyyatın olacağına mənfi münasibət göstərirlər. Lakin müasir üsullar əvvəlkilərdən fərqlənirlər, daha ağrısız və sadədirlər.

Məsələn, TBT sistemi belə əməliyyatlara aiddir (Sərbəst sintetik ilgək). Bu yeni, minimal ağrılı cərrahiyyə üsulu qadınlarda gərginlikdən sidik qaçırılmasında effektiv və etibarlı nəticələr verir. İndiyədək dünyanın 70000-dən çox qadını TBT köməyi ilə müalicə olunmuşlar. Kliniki araşdırmalar göstərdilər ki, əməliyyatın müvəffəqiyyətli alınması ehtimalı 95 %-dir və pasiyentlərin əksəriyyəti özlərini dərhal yaxşı hiss etməyə başlayırlar.

Əməliyyatın məğzi bundan ibarətdir. Normal halda uretra qeyri-ixtiyari sidik ifrazatının qarşısını almaq üçün tam bağlıdır. Stresli sidik qaçırılması olan qadınlarda boşalmış çanaq dibi əzələləri uretranı düzgün halda saxlamaq qabiliyyətinə malik deyillər.

TBT sisteminin tətbiqi ilə aparılan cərrahiyyə əməliyyatı zamanı cərrah torşəkilli lenti daxil edərək uretranı aşağıdan bərkitməklə onun düzgün formada olmasını bərpa edir. Əməliyyatdan sonra lent uretranı gərginlik zamanı (məsələn, öskürək və gülüş) düzgün vəziyyətdə saxlayır və qeyri-ixtiyari sidik qaçırılmasının qarşısını alır.

TBT əməliyyatı təxminən yarım saat çəkir. Pasiyentlər əməliyyatdan (həmin gün və ya bir neçə gündən) sonra stasionardan evə buraxılırlar. Sağalma dövrü, adətən, üç həftədən çox olmur.


Tarix: 16.01.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 228 Bölmə: Urologiya
loading...