Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyrək çatışmazlığı

Orqanizmdən çıxarılası maddələrin təcrid olunmasında birinci dərəcəli rol böyrəklərin payına düşür. Onların bu funksiyası heç bir digər üzvlərlə kompensasiya edilə bilmir. Hətta digər üzvlərin normal fəaliyyəti zamanı böyrəyin təcrid funksiyasının azalması və ya tam kəsilməsi orqanizmdə çox vaxt həyatla uzlaşmayan ağır pozulmalarla müşaiyət olunur və böyrək çatışmazlığı adlanır.

Xroniki böyrək çatışmazlığı böyrəyin həyat üçün lazım olan funksiyalarının tədricən yox olması nəticəsində inkişaf edir. Bu halda böyrək toxumalarının bərpa olunmayan dağılması baş verir. Hələ bir neçə onillik bundan əvvəl “xroniki böyrək çatışmazlığı” diaqnozu geriyə oxunmayan ölüm hökmü kimi səslənirdi və adama yaşamaq üçün heç bir şans vermirdi.

Xroniki böyrək çatışmazlığının səbəbləri çox vaxt qlomerulonefrit, pielonefrit, böyrək daşı xəstəliyi, sidikqovucu sistemin şişləri, hipertoniya, diabet, sistemli xəstəliklərdə nefritlər və s. olurlar.

Kəskin böyrək çatışmazlığı böyrəklərdə qəflətən qan dövranının (məsələn, qan təzyiqinin çox aşağı düşməsi) pozulması, zəhərlənmə, keyfiyyətsiz alkoqol qəbulu, ağır zədələnmələr və s. nəticəsində inkişaf edir.

Simptomlar və gedişat

Səbəblərin müxtəlifliyinə baxmayaraq, xroniki böyrək çatışmazlığında böyrəklərdə dəyişikliklər işlək böyrək toxumalarının xeyli azalmasına bağlanır. Bu öz növbəsində azotemiyaya – qanda çoxlu miqdarda zülal tərkibli maddələrin parçalanmasına gətirir – sidik turşusu, kreatinin. Böyrəklər öz funksiyalarını həyata keçirə bilmədiklərindən onlar digər yollarla çıxırlar, əsasən belə gərginliyə öyrəşməyən mədə-bağırsaq traktının selikli qişasından və ağ ciyərdən çıxırlar. Bu uremiyanın inkişafına aparır – orqanizmin özünü zəhərləməsinə. Ət xörəklərinə nifrət oyanır, ürəkbulanma tutmaları, bəzən qusmalar olur, adama daimi yanğı hissi əzab verir. Əzələ tutulmaları, sümük ağrıları olur. Üz sarı rəngə çalır, tənəffüs zamanı ammiyak qoxusu gəlir. Ayrılan sidik miqdarı xeyli azalır. Sidikqovucuların qəbuluna baxmayaraq adamda şişlər əmələ gəlir. Bu kritik mərhələdir– adamı təcili olaraq xəstəxanaya aparılması və aktiv müalicə üsullarının tətbiqi xilas edə bilər.

Kəskin böyrək çatışmazlığının inkişafını dörd mərhələyə ayırırlar. Əvvəlcə sidik ifrazatı miqdarı azalır, qan təzyiqi düşür, puls tezləşir. İkinci mərhələdə sidiyin miqdarı son dərəcə aşağı həddə düşür, bəzən heç olmur. Müalicə nəticəsində sidiyin miqdarı artır, hətta normadan çox olur, lakin sidik orqanizmdən sudan və duzlardan başqa demək olar ki, heç nə çıxarmır. Xəstəliyin xoş gedişatında və enerjili müalicədə normal sayda və miqdarda sidik ifrazatı bərpa olunur və böyrək funksiyası tədricən 2-3 ay ərzində normallaşır.

Diaqnoz

Xroniki böyrək çatışmazlığının ilkin mərhələsində onun əlamətləri az ifadəli və ya heç olmaya bilərlər. Xroniki böyrək çatışmazlığının ilkin simptomlarına gecələr sidik ifrazatı saylarının artması, sonra ardıcıl olaraq gündəlik sidik ifrazatı miqdarının artması aiddirlər. Tədricən adamda xroniki zəiflik, iş qabiliyyətinin azalması və yuxunun pozulması baş verir, tez-tez burundan qanaxmalar olur. Bu mərhələdə həkim – nefroloqa müraciət olunması böyrək zədələnməsi prosesini dayandırmağa və normal maddələr mübadiləsini saxlamağa imkan verər. Böyrək çatışmazlığı diaqnostikası üçün adətən sidik analizləri kompleksi kifayət edir, lakin ola bilər ki, böyrəyin USM-nin aparılması lazım olsun.

Müalicə

Xroniki böyrək çatışmazlığının konservativ və aktiv müalicə üsulları vardırlar.

Aktiv üsullar – zülalsız dietə əməl olunması, “süni böyrəkdən “ istifadə və nəhayət böyrək köçürülməsi. Bu üsullar çox effektivdirlər, xüsusən də böyrəyin köçürülməsi, lakin bu çətin həyata keçirilən üsuldur və ona görə də böyrək çatışmazlığının sonrakı mərhələlərində tətbiq olunurlar.

Böyrək çatışmazlığının ilkin mərhələsində dietə əməl olunması – konservativ müalicə üsulunun əsas faktorudur. Xroniki böyrək çatışmazlığında gündə 2-3 litr maye qəbul etmək lazımdır. Duz, quru göbələk, şokolad, kartof, pomidor, üzüm (başqa sözlə kaliumu çox olan qida məhsulları) az istifadə olunmalıdırlar.


Tarix: 16.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Urologiya
loading...