Pielonefrit - bu sidik yollarının və böyrəklərin böyrək toxumalarının daxili təbəqəsinin zədələnməsi üstünlük təşkil edən qeyri-spesifik infeksion iltihabıdır.
Sağlam adamda sidik ifrazatı sterildir, lakin bakteriyalar yaxınlıqda yerləşən üzvlərdən (bağırsaqdan, cinsiyyət üzvlərindən) limfatik və qan-damar sistemi vasitəsilə sidik yollarına keçərək sidik sistemində arta bilərlər. Pielonefrit, həmçinin, böyrəkdən sidiyin süzülməsi pozulduğu halda inkişaf edir.
Adam istənilən yaş həddində pielonefritlə xəstələnə bilər, çox vaxt onunla 7 yaşına qədər uşaqlar xəstələnirlər, 18-30 yaşlı qızlar və qadınlarda pielonefritin yaranması cinsi həyatın başlanması, hamiləlik və ya doğuşla bağlıdır və prostatın adenoması, prostatit və ya uretritdən əziyyət çəkən yaşlı kişilər bu xəstəliyi keçirirlər. Həmçinin pielonefritin ən çox rast gəlinən səbəbləri sidik-daş xəstəlikləri və tez-tez baş verən böyrək sancısı tutmalarıdır.
Pielonefritin inkişafı ehtimalı orqanizmin ümumi immunitetinin düşməsində, diabetdə, vərəmdə, hipovitaminozda və xroniki iltihab xəstəliklərində artır.
Simptomlar və gedişat
Kəskin və xroniki pielonefritləri fərqləndirirlər. Kəskin pielonefrit qızdırma, ağrılı sindrom, dizuriya, intoksikasiya ilə xarakterikdir. Xroniki pielonefritin oxşar əlamətllərlə özünü biruzə verməsi xəstəlik tarixində kəskin pielonefrit kimi ayırd olunur və qeyd edilir.
Kəskin pielonefritin gedişatının aşağıdakı variantları mümkündür:
1. Kəskin formada səpişmə, qektik qızdırma, güclü üşütmə, bol tərləmə, güclü intoksikasiya və azacıq yerli simptomlar. Hamilələrdə koaqulopatiya, böyrək çatışmamazlığı, bəzən bakteriemik şok inkişaf edə bilir.
2. Qektik və ya qeyri-düzgün qızdırmalı, üşütməli, intoksikasiyalı və yaxşı hiss olunan yerli simptomlu kəskin forma. Ümumi hal ağır və ya orta ağır.
3. Orta febril hərarətli və intoksikasiyalı, bəzən üşütməli, kliniki yerli simptomlu orta kəskin forma. Xəstələrin halı orta ağır və ya nisbətən qənaətbəxşdir.
4. Latent forma – nisbətən qənaətbəxş ümumi hal, qısamüddətli hərarət qalxmaları olur, bəzən bir neçə gün intervalı ilə, nadir hallarda üşütmə, azacıq intoksikasiya və az hiss olunan yerli simptomlar, hansılar ki, məqsədyönlü sual-cavab əsasında dəqiqləşdirilirlər.
Böyrək çibanı və absesləri, həmçinin kista irinləməsi üçün gedişatın kəskin forması xarakterikdir. Nekrotik papillit kəskin başlaya bilər, lakin sonra nisbətən latent halda keçər.
Qeyri-adekvat terapiya böyrəklərdə baş verən inkişafda olan dəyişiklikləri pərdələyə bilər və bu kəskin gedişata və şoka səbəb ola bilər, ona görə də gedişat formaları arasında dəqiq sərhəd çəkmək olmaz və gedişat formasının böyrəkdə patomorfoloji dəyişikliklərə uyğunlugunun dəqiqləşdirilməsinə ciddi yanaşmaq lazımdır.
Xroniki pielonefrit çox vaxt ilk olaraq hamiləlikdə yaranır və normal hərarətli və ya kəskin pielonefrit tipli keçir. Xroniki pielonefrit üçün prosesin aktivliyinə görə klassifikasiya əlverişlidir:
1) aktiv iltihab fazası: dəqiq ifadəli yerli simptomlar, normal və ya yüksək bədən hərarəti və müxtəlif intoksikasiya dərəcələri, sidik sindromu, anemiyalı, çox vaxt disproteinemiya və plazmada əsas elektrolitlərin çatışmazlığı, böyrəyin konsentrasiya funksiyasının pozulması, USM-də böyrək konsentrasiyası funksiyasının pozulması, böyrək toxuması quruluşunun və ölçülərinin dəyişiklikləri;
2) latent iltihab fazası: ümumi və yerli simptomlar ifadəsizdirlər və ya yoxdurlar, sidik sindromu aşkar olunur, anemiya, elektrolit çatışmazlığı, USM-də böyrək quruluşunun və konfiqurasiyasının dəyişikliyi, bədən temperaturu normal və ya subfebrildir, böyrək funksiyası normal və ya pozulmuş ola bilər;
3) remissiya fazası: simptomsuz gedişat, mümkün olan araşdırmaların əksəriyyətinin normal nəticələri, böyrək funksiyalarının araşdırılmasında və USM-də dəyişikliklərin müəyyən olunması mümkündür, anamnezdə xəstəliyə göstəriş var;
Diaqnoz
Pielonefritin diaqnostikasının problemi ondan ibarətdir ki, bu xəstəliyin simptomları sidik yolları iltihabı ilə bağlı digər xəstəliklərin simptomlarına oxşayırlar. Ona görə də ixtisaslı həkim – uroloqa müraciət etmək lazımdır. Qan, sidik analizləri verilir, həmçinin, sidik axını yollarının ümumi vəziyyətini göstərən araşdırmalar aparılır – böyrəyin USM-i, rentgen araşdırmaları, infeksiyaya görə PZR-analiz. İnfeksiyanın növünü tapmaq üçün sidiyin bakterioloji əkini həyata keçirilir, şiş proseslərinin olmadığını dəqiqləşdirmək üçün kompyuter tomoqrafiyasından istifadə olunur.
Müalicə
Pielonefritin ilk əlamətlərində: bel nahiyəsində ağrılar, sidik ifrazatında pozulmalar, bədənin yüksək hərarətində — mütəxəssisə müraciyət etmək lazımdır. Kəskin pielonefritli xəstələr hökmən stasionarda müalicə olunmalıdırlar. Pielonefritin yüngül forması konservativ üsullarla müalicə olunur, antibakterial, dezintoksikasiya və immun stimullaşdırıcı terapiya tətbiq olunur. Lakin antibiotik terapiyasının yeganə sxemi yoxdur. Hal – hazırda farmakoloji sənayenin güclü inkişafı ilə bağlı həddən çox antibiotikə dözümlü bakteruya formaları əmələ gəlmişdir. Belə analiz yalnız müalicə müəssisələrində mümkündür. Ona görə də hər konkret halda preparat seçimi mikroorqanizmlərin ona həssaslığı əsasında müəyyən edilir. Xəstənin sidiyindən mikroblar tam qurtaranadək müalicə aparılır. Adətən bu 2-3 həftə çəkir.
Özünümüalicə ilə məşğul olmağa cəhd etməyin. Effekti az olan antibakterial vasitələr xəstəliyin kliniki təsvirini korlaya bilərlər, patoloji proses sağalmaz və müalicəsi daha da çətin olan xroniki formaya keçər.
İrinli ağırlaşmalarda əməliyyat göstərişdir. Bəzən sidikdaşı xəstəliyində də cərrahiyyə əməliyyatı tətbiq olunur (əgər daş müstəqil olaraq çıxmırsa və onu instrumental üsullarla aşağı salmaq olmursa).
Xroniki pielonefrit, adətən, tam müalicə olunmamış kəskin pielonefritin nəticəsidir, kəskin iltihabı aradan götürmək mümkün olmuşdur, lakin böyrəkdə olan bütün törədiciləri məhv və böyrəkdən normal sidik axarını bərpa etmək mümkün olmamaışdır. daim pasiyenti beldə küt zəhlətökən ağrılarla narahat edir, xüsusən də soyuq rütubətli havada. Bundan əlavə, xroniki pielonefrit zaman keçdikcə kəskinləşir və xəstədə kəskin prosesin bütün əlamətləri baş qaldırırlar. Xroniki pielonefritin gedişatı prinsip etibarı ilə kəskində olduğu kimidir, lakin daha uzunmüddətli və zəhmət tələb edəndir.
Profilaktika
Pielonefritin profilaktikasında baş məsləhət əsas xəstəliyin müalicəsidir, hansı ki, onu inkişaf etdirə bilər, birinci növbədə - sidikdaşı xəstəliyi və prostatın adenoması, həmçinin, böyrəkdən sidik süzülməsi pozulmaları xəstəlikləri. Hamilə qadınlar, xüsusən çoxdöllü, çox sulu, iri uşaqlı və kiçik çanaqlılar ayda bir dəfədən az olmamaq şərtilə sidiyin bakterioloji analizini və urodinamik araşdırmaları keçməlidirlər.
Tarix: 16.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 473 Bölmə: Urologiya